AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Uydurma yoxsa reallıq?: Multikainat həqiqətən mövcuddurmu?

17.05.2022 /

Multikainat sözü "Spider-Man: No Way Home" və “Doctor Strange: Multiverse of Madness” filmlərindən sonra son zamanlarda ictimaiyyətdə daha çox məşhurlaşdı. Marvel filmlərində multikainat eyni zaman ərzində bizim kainatın müxtəlif versiyalarının mövcud olmaları imkanıdır. Həmin filmlərdə lazımi texnologiyalardan və ya sehrdən istifadə edərək mövcud kainatlar arasında səyahət etmək mümkündür. Lakin multikainat həqiqətənmi mövcuddur? Bu məsələyə Qərbi Sidney Universitetinin fiziki Luke Barnes aydınlıq gətirməyə çalışıb. “Spider-Man: No Way Home” filmində göstərilib ki, digər kainatlar ilə Yer kürəsinin əkizləri mövcuddurlar və müəyyən sehrin yardımı sayəsində bizim reallığa bir neçə eyni superqəhramanı və mənfi personajı köçürtmək olar.

“Bizim Yer kürəmizin əkizləri mövcud ola bilərlərmi? Və əgər bilərlərsə, həmin planetlərdə bizim reallıqda olan insanların əkizləri mövcuddurlarmı? Elmi nöqteyi nəzərdən bu mümkündür. Çünki biz, bizim kainatın əslində nə dərəcədə böyük olduğunu bilmirik” - deyə Luke Barnes qeyd edib. Hardasa oralarda bizim kainatımız ilə planetimizin əkizlərinin mövcud olmaları ehtimalı olduqca yüksəkdir. Çünki bizim gördüyümüz kosmos mövcud bütün məkanın sərhədi deyil. Oralarda çoxlu sayda qalaktika, planet və ulduz mövcuddur və biz onlar barəsində heçnə bilmirik.

“Marvel filmlərindəki qəhrəmanların kainatlar arasında səyahət etmələri üçün nəyə görə sehrdən istifadə etmələrinin vacib səbəbi var. Çünki elmi nöqteyi nəzərdən bunu reallaşdırmaq çox çətindir” - deyə Luke Barnes qeyd edib.

Albert Eynşteyn hesab edirdi ki, biz, məkan üzrə işıq sürətindən daha sürətli şəkildə səyahət edə bilmərik. Elmi nöqteyi nəzərdən köstəbək yuvalarından (digər adı soxulcan dəliyi) istifadə etmək olar. Lakin biz onları necə yaratmaq lazım olduğunu bilmirik və görünür, kainat onları təbii yolla yaratmır. “Digər tərəfdən əgər biz, köstəbək yuvasını yarada bilsək, onun nəticə etibarilə bizi Yer kürəsinin əkizinə çatdıracağı ehtimalı da dəqiq deyil. Ola bilsin ki, o sadəcə olaraq bizi kosmosun bilinməyən bir nöqtəsinə çatdırsın. Buna görə də əgər Yer kürəsinin əkizi həqiqətən də mövcuddursa, o, inanlmaz dərəcədə uzaqda yerləşir” - deyə Luke Barnes əlavə edib.

Marvel flmlərindəki multikainatın mövcudluğu ağlasığmaz gəlir. Lakin bu belə deyil. Alimlər bilirlər ki, bizim kainatın əsas inşa blokları olan protonlar, neytronlar, elektronlar və digər faktorlar sözün əsl mənasında inanılmaz şeylər yarada bilərlər. Əgər həmin faktorlar özlərini başqa cür aparsaydılar bizim kainat tamamilə fərqli olardı və ola bilsin ki, insan sivilizasiyası ümumiyyətlə mövcud olmazdı. “Bizim kainat bu lazımi tərkibi necə əldə edib? Bəlkə də biz sadəcə olaraq kosmik lotereyada qalib gəlmişik. Bəlkə də kainatın tamamilə fərqli komponentlərə sahib hissələri mövcuddur. Ola bilərmi ki, bizim kainatımız ona bənzər digər kainatlar arasında ən uğurlu varantdır?” - deyə Luke Barnes bildirib.

Bu məsələyə elmi nöqteyi nəzərdən yanaşsaq, nəzəri olaraq multikainat fərqli tərkib hissələrinə sahib kainatlardan ibarətdir. Marvel filmlərində isə vəziyyət fərqlidir. Belə ki, Marvel filmlərində hər şey eynidir, sadəcə olaraq onlar fərqli kainatlarda mövcuddurlar.

Kainatın təbiəti üzrə ümumi təsvirlərə əsasən hər şey Böyük partlayış anında yaranıb. Böyük partlayışdan öncə isə inanılmaz dərəcədə sıx, isti və bircinsli nöqtə mövcud olub. Onun partlayışından sonra isə materiya kainata bərabər şəkildə paylanmağa başlayıb. Həmin proses indi də davam edir. Başqa sözlə desək, Böyük partlayış anından indiyənə kimi kainat genişlənməyə davam edir. “Lakin kainatın inflyasiya modeli adlı nəzəriyyə mövcuddur. Həmin nəzəriyyəyə əsasən Böyük partlayışdan sonra saniyənin birinci hissəsi anında kainat çox yüksək sürətlə genişlənməyə başladı. Əgər bu həqiqətən də belədirsə, deməli həmin faktor kainatın fərqli şəkildə deyil bilinən şəkildə genişlənməsi prosesini izah edir” - deyə Luke Barnes qeyd edib.

Fizikin sözlərinə əsasən kainatın sürətli genişlənməsinə yeni növ energetik sahə də yardımçı olmuş ola bilər. Həmin energetik sahə kainatın mövcud olduğu ilk saniyələri idarə etmiş, sürətli genişlənmə prosesinə təkan vermiş və daha sonra idarəni materiya ilə enerjinin bilinən formalarına ötürmüş ola bilər.“

Bu cür kosmik inflyasiya multikainatı yarada bilər. Bu nəzəriyyəyə əsasən məkanın böyük hissəsi hər saniyə genişlənir və ölçü üzrə böyüyür. Məkanın kiçik hissələrində təsadüfi şəkildə Böyük partlayış kimi bir hadisənin baş verməsi üçün lazımi şərait yaranır. Həmin hissələrdə materiyanın əsas özəlliklərinin dəyişməsi gedir və hər bir belə kiçik sahəni fərqli özəlliklərə sahib digər kainat adlandırmaq olar. Bu üsul ilə isə multikainat yaranır” - deyə Luke Barnes əlavə edib. Lakin fizikin sözlərinə əsasən bu fikirlər sadəcə nəzəri xarakter daşıyırlar. Belə ki, bu mövzu ətrafında çoxlu sayda “bəlkə” və “ola bilsin ki” kimi faktorlar mövcuddur. Hal hazırda isə multikainatın mövcud olması üzrə tutarlı elmi sübut yoxdur. Sonda isə Luke Barnes “Doctor Strange: Multiverse of Madness” filmindən Doctor Strange-in bir sitatını səsləndirib: “Multikainat, barəsində qorxunc dərəcədə az bildiyimiz bir konsepsiyadır”.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap