AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

ATV kanalında YTP-nin innovativ layihələri ilə bağlı süjet yayımlanıb

18.05.2022 /

ATV kanalında yayımlanan “ATV Səhər” informativ-əyləncəli proqramında AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti “Elm və Texnologiyalar Parkı” MMC və inkubator-rezidenti “Troniq” MMC-nin innovativ layihələri ilə bağlı videosüjet yayımlanıb.

Bildirilib ki, texnoloji məhsulların istehsalı sahəsində bir sıra uğurlu layihələrə imza atmış “Elm və Texnologiya Parkı” MMC-nin əsas hədəfi dronların hərbi, mülki, kənd təsərrüfatı və digər sahələrdə tətbiq sahələrini genişləndirə biləcək digər cihazlarla inteqrasiyasının genişləndirilməsi, sərhədlərin, xüsusi mühafizə olunan sahələrin, o cümlədən hava limanlarının mühafizəsində bu sistemlərdən səmərəli istifadənin təşkilinə dəstək verilməsidir.

Süjetdə müəssisənin dronları barədə məlumat verən “Elm və Texnologiyalar Parkı” MMC-nin əməkdaşı Nadir Babaxanov “NF010” dronunun imkanlarından danışıb. Bildirib ki, kənd təsərrüfatı, hərbi məqsədlər və digər sahələrdə tətbiq imkanlarına malik bu dronlar ərazilərin fotoçəkilişlərini avtomatik olaraq icra edir.

Videosüjetdə, həmçinin YTP-nin inkubator-rezidenti “Troniq” MMC-nin süni intellektlə çalışan robotu barədə müəssisənin direktoru Anar Nəbiyev məlumat verib. Onun sözlərinə görə, yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış süni intellekt əsaslı robot dezinfeksiya işlərini həyata keçirir. Öncədən müəyyən edilmiş marşrut üzrə hərəkət edən və bütün maneələri aşan bu robot virusları 99,9 faiz məhv edə bilmək imkanına malikdir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap