AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Planetin qlobal iqlimi 2021-ci ildə bütün əsas göstəricilər üzrə rekorda imza atıb

24.05.2022 /

Ümumdünya Meteorologiya Təşkilatı (BMO) 2021-ci il üzrə yığılmış məlumatlar əsasında planetdəki iqlim vəziyyəti ilə bağlı növbəti hesabatı bir neçə gün bundan öncə təqdim etmişdi. Təqdim edilmiş hesabat onlarla mütəxəssisin məqalələrindən ibarətdir və o, iqlim dəyişikliklərini göstərən 4 əsas faktoru əhatə edir. Söhbət, parnik qazlarından, dəniz səviyyəsinin yüksəlməsindən, qlobal temperaturun yüksəlməsindən və okean turşuluğunun artmasından gedir. Yığılmış bütün məlumatlar kritik iqlim dəyişikliklərinin sürətlə baş verdiklərini göstərirlər. La-Ninya adlı atmosfer hadisəsinin (stabil şərq küləyi Peru və Çili sahillərindən isti suyu İndoneziya və Avstraliya istiqamətində yönləndirən zaman Sakit okeanın cənub hissəsində La-Ninya adlı atmosfer hadisəsi baş verir və nəticədə okean dərinliklərindən qalxan soyuq su hesabına regionda soyuq hava temperaturu yaranır) soyuq hava temperauturu yaratdığına baxmayaraq 2021-ci ildə planetdəki ortalama temperatur göstəricisi 1.11 dərəcə Selsiyə çataraq Paris iqlim sazişi tərəfindən 2015-ci ildə təyin edilmiş limitə yaxınlaşıb.

Geridə qalmış 7 il bütün müşahidə dövrləri ərzində ən isti illər hesab edilirlər. 1980-ci illərdən başlayaraq hər onillik öncəkindən daha isti olub. “Daha bir rekord istiliyə sahib ilin müşahidəsi sadəcə zaman məsələsidir. Bizim iqlimimiz gözlərimizin qarşısında dəyişir. İnsanların fəaliyyətləri səbəbilə ifraz edilən parnik qazları nəticəsində yaranan istilik planeti uzun illər ərzində isitməyə davam edəcək. Dünya okeanının səviyyəsi yüksəlməyə davam edir. Okean qızır və atmosferdən parnik qazlarının yığılması üzrə effektiv həll üsulları təklif edilməsə onun turşuluq səviyyəsinin artımı hələ 100 illərlə davam edəcək. Bəzi buzlaqlar artıq dönüş nöqtəsini keçiblər və bu, planet üçün uzunmüddətli mənfi nəticələr gətirəcək. Artıq 2 milyarda yaxın insan su çatışmazlığından əziyyət çəkir” - deyə BMO-nun katibi Petteri Taalas qeyd edib.

Təqdim edilmiş hesabatda qeyd edilib ki, 2013-cü ildən 2021-ci ilə kimi olmuş dövrdə dünya okeanının səviyyəsi hər il ortalama 4.5 mm yüksəlib. Bu isə 1993-cü ildən 2002-ci ilə kimi olmuş okean səviyyəsi yüksəlməsindən 2 dəfə daha sürətlidir. Bunun əsas səbəbi buzlaqların ərimələridir. İnsan fəaliyyəti nəticəsində ifraz edilən CO2 qazının 23%-i okean tərəfindən udulur. Bununla belə baş verən kimyəvi reaksiya səbəbilə dəniz suyununu  turşuluğu artır. Bu, dəniz ekosistemi üçün təhlükə yaratmaqla yanaşı həmçinin okeanın CO2-ni udma qabiliyyətini də aşağı salır. Hal hazırda okeanın CO2-ni udma qabiliyyəti son 26.000 il ərzində rekord səviyyədə aşağı göstəricidədir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap