AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkildə təyin edilib

24.05.2022 /

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib. Sözügedən teleskopun son 30 il ərzində əldə etmiş olduğu məlumatları analiz edərək alimlər kainatın hansı sürətlə genişləndiyini daha dəqiq təyin edə biliblər. Alimlər artıq çoxdan bilirlər ki, kainat genişlənmə prosesindədir. Bu cür nəticə vaxtı ikən qalaktikaların müşahidə edilməsi vasitəsilə əldə edilmişdi. Beləliklə qalaktikalar bizdən nə qədər uzaqda yerləşirlərsə, bir o qədər sürətlə hərəkət edirlər. Qalaktikaların Yer kürəsinə qədər olan məsafələrinə nisbətdə hərəkət etdikləri sürət Hubble sabiti adlanır. Hubble sabitinin daha dəqiq göstəricisini əldə etmək üçün alimlər parlaqlıqları yaxşı məlum olan obyektlərə qədər olan məsafələri müşahidə edirlər. Nəticədə obyektin parlaqlığı nə qədər aşağıdırsa, o, bir o qədər bizdən uzaqda yerləşir. Yaxınlıqda yerləşən qalaktikalara kimi olan məsafələrin təyin edilməsi üçün istifadə edilən bu cür kosmik göstəricilərdən biri də sefeid ulduzlardır (parlaqlığı dəyişən ulduzlar sinifi). Bunlar yüksək parlaqlığa sahib geniş radiuslu sarı nəhəng ulduzlardır.

Daha uzaqlarda yerləşən qalaktikalara kimi olan məsafələri təyin etmək üçün alimlər Ia növ supernovalardan istifadə edirlər. Bu cür güclü ulduz partlayışları üçün də həmçinin pik parlaqlıq nöqtəsi məlumdur.

Hubble sabiti qalaktikaya qədər olan məsafəni onun Yer kürəsindən uzaqlaşma sürəti ilə birləşdirən göstəricidir. Hubble sabiti meqaparsek üzrə km/s (kilometr/saniyə) kimi qeyd edilir. 1 meqaparsek isə 3.3 milyon işıq ilinə bərabərdir. Son onillikıər ərzində aparılmış tədqiqatlar nəticəsində alimlər belə bir qənaətə gəliblər ki, Hubble sabiti meqaparsek üzrə 70 km/s təşkil edir. Bu isə o deməkdir ki, Yer kürəsindən 1 meqaparsek məsafədə yerləşən qalaktika bizdən saniyədə 70 km sürətlə uzaqlaşır və meqaparsek göstəricisi artdıqca qalaktikanın bizdən uzaqlaşma sürəti də hər dəfə 70 km/s artacaq. İndi isə NASA mütəxəssisləri son 30 il ərzində Hubble teleskopunun müşahidə etmiş olduğu 42 ədəd qalaktika barəsində əldə edilmiş məlumatları analiz ediblər. Belə ki, onlar Hubble sabitinin daha dəqiq göstəricisini təyin etmək istəyiblər.

Müşahidə edilmiş bütün qalaktikalara qədər olan məsafələrin təyin edilməsi yolunda istifadə edilmiş kosmik göstəricilər kimi həmin qalaktikalardakı həm sefeid ulduzlardan həm də Ia növ supernovalardan istifadə edilib.

Nəticədə NASA mütəxəssisləri yeni tədqiqat çərçivəsində Hubble sabitinin daha dəqiq göstəricisini təyin ediblər. Beləliklə əldə edilmiş nəticəyə əsasən Hubble sabiti meqaparsek üzrə 73 km/s təşkil edir. Bundan əlavə olaraq alimlər qeyd ediblər ki, əldə edilmiş nəticədə ola biləcək xəta sadəcə olaraq meqaparsek üzrə 1 km/s təşkil edir. Alimlərin sözlərinə əsasən Hubble sabitinin daha dəqiq göstəricisinin təyin edilməsi öz növbəsində kosmoloji modeli yaxşılaşdırmağa, kainatın yaşını daha dəqiq şəkildə qiymətləndirməyə və onun gələcəyini daha yaxşı şəkildə proqnozlaşdırmağa imkan verəcək. Lakin bu məsələdə alimlərin hələ cavabını tapa bilmədikləri bir sirr var. Belə ki, Lambda-CDM adlı müasir kosmoloji model güman edir ki, Hubble sabitinin göstəricisi meqaparsek üzrə 67.3 km/s təşkil etməlidir. Alimlərin irəli sürdükləri nəzəriyyəyə əsasən ola bilsin ki, Hubble sabiti bizim lokal kainatımızda daha böyük, kosmosun uzaq sahələrində isə daha kiçikdir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap