AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında Akademiya üçün ayrılmış xüsusi pavilyona baxış keçirib

25.05.2022 /

Mayın 24-də Bakı Kristal Zalında AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisə və təşkilatlarının “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakına hazırlıq işləri ilə bağlı müşavirə keçirilib.

Müşavirədə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA İşlər İdarəsinin müdiri, professor Elton Məmmədov, sərgidə iştirakı nəzərdə tutulan elmi müəssisə və təşkilatların rəhbərləri, texnoloji innovativ məhsulların müəllifləri, eləcə də AMEA Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin nümayəndələri iştirak ediblər.

AMEA rəhbərliyi festival çərçivəsində keçiriləcək sərgidə Akademiya üçün ayrılmış xüsusi pavilyona baxış keçiriblər, onlara sərgiyə hazırlıqla bağlı görülmüş işlər haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, “Teknofest Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın iştirakı ilə bağlı tədbirlər planına uyğun hazırlıq işləri tamamlanmaq üzrədir. Sərgiyə hazırlıq çərçivəsində festivalın məsul qurumları və şəxsləri ilə fəal şəkildə əlaqələr qurulmuş, AMEA-nın sərgidə iştirakı ilə bağlı maddi-texniki və digər tələblər yerinə yetirilmiş, Akademiyanın pavilyonunun elektrik təchizatı sxemi və ümumi konsepsiyasının hazırlanması istiqamətində işlər yekunlaşdırılmışdır.

Məlumat verilib ki, sərgidə AMEA tərəfindən həm fiziki məhsullar, həm də monitorlar vasitəsilə layihələr virtual nümayiş olunacaq. Qeyd olunub ki, sərgi günlərində AMEA üçün ayrılmış xüsusi pavilyonda Akademiyanın “Teknofest Azərbaycan” tərəfindən yaradılmış xüsusi sistemdə qeydiyyatdan keçmiş məsul şəxslərindən ibarət heyəti iştirak edəcək.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap