AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi ilə Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

26.05.2022 /

Qazaxıstan Respublikasının R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad elmləri doktoru, dosent Duysen Qalımjan və həmin institutun baş elmi işçisi, iqtisad elmləri doktoru, dosent Dina Aytjanova AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində olublar.

Qonaqları salamlayan Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva AMEA-da həyata keçirilmiş arxiv işləri haqqında qonaqlara məlumat verərək dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirib, Qazaxıstanla arxiv sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinin müsbət tərəflərini vurğulayıb. Sazişin hər iki tərəf üçün faydalı olacağını bildirib.

Həmçinin Zemfira Hacıyeva 22 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavininin məktubuna cavab olaraq MDB ölkələri tarix institutlarının təşəbbüsü ilə hazırlanmış MDB ölkələrinə üzv dövlətlərin Beynəlxalq Tarixçi və Arxivçilər Assosiasiyası (Komissiyası) haqqında Əsasnamənin və MDB Xarici İşlər Nazirləri Şurasının bu məsələ ilə bağlı Qərar layihəsinin təsdiqlənməsi üçün Elmi irs şöbəsinin geniş rəy və təkliflər hazırladığını qeyd edib.

Duysen Qalımjan isə öz növbəsində təmsil etdiyi qurum barədə məlumat verib, institutun 5 şöbəsində 50 elmi işçinin, o cümlədən 12 elmlər və 25 fəlsəfə doktorunu çalışdığını, son illərdə müəssisədə 300-dən çox monoqrafiyanın nəşr olunduğunu bildirib.

Sonda tərəflər imzalanan memorandumun əhəmiyyətinə toxunublar.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap