AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Yer kürəsini əhatə edən vacib məlumatların vahid ehtiyat kopyasının Ayda saxlanması planlaşdırılır

26.05.2022 /

ABŞ-ın Lonestar Data Holdings adlı bulud provayder şirkəti insan sivilizasiyasını əhatə edən dəyərli biliklərin və məlumatların kosmik miqyasda vahid ehtiyat kopyasını yaratmağı və qlobal fəlakətin baş verəcəyi halda onu gələcək nəsillər üçün qoruyub saxlamağı planlaşdırır. Lakin bu planın əsas diqqət çəkən məqamı ondan ibarətdir ki, həmin ehtiyat kopya Yer kürəsindən uzaq bir yerdə saxlanılacaq. Söhbət, Yer kürəsinin peyki olan Aydan gedir. Məlumatda qeyd edilib ki, Yer kürəsini əhatə edəcək vacib məlumatlar Aydakı serverlərdə saxlanılacaq. “Bizim ən dəyərli aktivlərimiz olan biliklərimizin, bombaların partladıqları və əşyaların yandırıldıqları Yer kürəsində saxlanılması fikri ağlasığmazdır. Biz öz aktivlərimizi planetimizdən kənarda tam təhlükəsiz yerdə saxlanması mümkün olan yerdə saxlamalıyıq” - deyə Lonestar Data Holdings şirkətinin rəhbəri Christopher Stott qeyd edib. Həqiqətən də Yer kürəsində qlobal fəlakətin baş verəcəyi halda Ay məlumatların saxlanması üçün nəzərdə tutulmuş ən optimal variantdır.

Yer kürəsindən 384.400 km məsafədə yerləşən Ay sivilizasiyanın qorunub saxlanması üçün nəzərdə tutulmuş xüsusi missiyanın reallaşdırılması yolunda çox yaxın, məlumatların mümkün fəlakətlərdən qorunması yolunda isə çox uzaqda yerləşir. Bundan əlavə olaraq müxtəlif ölkələr Ayda daimi yaşayış bazasının reallaşdırılması üçün artıq işlərə start veriblər. Lonestar Data Holdings şirkətinin bu layihəsinin yolunda dayanan əsas problemlərdən biri də ani temperatur dəyişikliklərinə, kosmik və Günəş radiasiyasına tab gətirə biləcək təchizatların yaradılmasıdır. Christopher Stott-un sözlərinə əsasən bu problemin həll yolu var. Belə ki, robotlar məlumatların saxlanılması üçün nəzərdə tutulmuş serverləri Ay səthinin alt hissəsində yerləşən qədim lava borularında yerləşdirməli olacaqlar. Məlumata əsasən şirkət bu layihə üzrə ilk proqram testlərini artıq bu ilin sonuna kimi reallaşdıracaq. İlk təchizatların isə Aya 2024-cü ildə göndərilməsi nəzərdə tutulub.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap