AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Süd Yolu qalaktikasının təkamülünü daha yaxşı anlamağa imkan verəcək yeni növ qara dəliklər aşkar edilib

27.05.2022 /

ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin alimləri cırtdan qalaktikalarda daha öncə məlum olmayan qara dəliklər aşkar ediblər. Aşkar edilmiş həmin qara dəliklər Süd Yolu qalaktikasının mərkəzində olan Oxatan A* adlı super kütləli qara dəliyin təkamülünü anlamağa yardımçı ola bilərlər. Alimlərin fikirlərinə əsasən bizim Süd Yolu qalaktikamız uzaq keçmişdə çoxlu sayda cırtdan qalaktikanın birləşmələri prosesi nəticəsində yaranıb və bu proses gələcəkdə də davam edəcək. Məsələn Böyük Magellan Buludu və Kiçik Magellan Buludu adlı cırtdan qalaktikalar gələcəkdə bizim qalaktikamızın bir hissəsinə çevriləcəklər. Bu cür cırtdan qalaktikaların mərkəzlərində qara dəlik mövcuddur və həmin cırtdan qalaktikalar Süd Yolu ilə birləşən zaman bizim qalaktikamızın mərkəzində olan Oxatan A* adlı super kütləli qara dəlik onların mərkəzlərində olan qara dəliyi udacaq.

Amerikalı alimlərin aparmış olduqları yeni tədqiqata əsasən cırtdan qalaktikaların mərkəzlərində qara dəliyə əvvəl düşünüldüyündən daha tez-tez rast gəlinir.

Astronomlar qara dəlikləri yalnız onların böyüdükləri zaman aşkar edə bilirlər. Qara dəliklərin böyümə prosesləri zamanı onlar öz ətraflarındakı akkresiya diskindəki maddəni udurlar və nəticədə şüalanma ifraz edilir. “Məsələ burasındadır ki, böyümə prosesində olan qara dəliklər yenicə yaranmış ulduzun ifraz etdiyi şüalanmanı ifraz edirlər. Bu halda ifraz edilən şüalanmanın qara dəliyə və ya ulduza məxsus olduğunu təyin etmək üçün xüsusi üsullar mövcuddur. Məhz müəyyən məlumatların seçilməsi prosesi çərçivəsində biz, cırtdan qalaktikalarda çoxlu sayda qara dəlik aşkar edə bilmişik. Bu isə o demədir ki, cırtdan qalaktikalarda qara dəliklərə əvvəllər düşünüldüyündən daha tez-tez rast gəlmək olar” - deyə alimlər qeyd ediblər.

Alimlər bildiriblər ki, əsasən hidrogen ilə heliumdan ibarət olan cırtdan qalaktikalarda yeni ulduzların yaranmaları ilə yanaşı qara dəliklərin böyümə prosesi də gedir.

Əldə edilmiş məlumatlar onu göstəriblər ki, söhbət, böyüyən adi qara dəliklərdən yox, tamamilə yeni növ qara dəliklərdən gedir. Ən azından cırtdan qalaktikalarda aşkar edilmiş bu kosmik obyektlərin 80%-i məhz yeni növ qara dəliklərə aiddir. Alimlər onu da bildiriblər ki, bu cür qalaktikalar təkcə ulduzların intensiv şəkildə yaranmaları hesabına deyil, həm də böyüyən qara dəliklərin hesabına təkamül prosesindən keçirlər. “Biz güman edirik ki, bu cür qara dəliklər Süd Yolu qalaktikasının mərkəzində olan Oxatan A* kimi super kütləli qara dəliklərin inşaat blokları rolunda çıxış edirlər və biz onlar barəsində daha çox məlumat əldə etmək istəyirik” - deyə alimlər qeyd ediblər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap