AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Dövlət rəsmiləri “Teknofest Azərbaycan” festivalında AMEA pavilyonu ilə tanış olublar

27.05.2022 /

Məlum olduğu kimi, Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı keçirilir. 

Festivalda bir sıra digər qurumlarla yanaşı, AMEA da ziyarətçilərinə onları maraqlandıran texnoloji həllər, məhsul və yeniliklər təqdim edir. 

Festivalın ikinci günündə sərgini ziyarət edən Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Müdafiə sənayesi naziri Mədət Quliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA-nın pavilyonu ilə yaxından tanış olublar.

AMEA pavilyonuna baxış zamanı dövlət rəsmilərinə bu qurumda əldə olunan nailiyyətlər, festivalda nümayiş olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, AMEA-da uzun illərdir müxtəlif istiqamətlər üzrə aparılan məqsədyönlü işlərin, fundamental tədqiqatların nəticəsi olan bu yerli innovativ məhsullar müasir texnoloji tələblərə cavab verir.

Dövlət nümayəndələri AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun təqdim etdiyi mikrokompüterə böyük maraq göstəriblər. İnstitutun baş direktoru, akademik Əli Abbasov müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib hazırlanmış bu layihə haqqında ətraflı məlumat verib. O, sərgidə nümayiş olunan AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və Yüksək Texnologiyalar Parkının rezidenti “Elm və Texnologiyalar Parkı” MMC-nin birgə layihəsi olan “Şahin” dronunun imkanları barədə danışıb.

Dövlət rəsmiləri AMEA pavilyonunda təqdim olunan innovativ həlləri yüksək qiymətləndiriblər.

 

science.gov.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap