AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın Rəyasət Heyəti adından 28 May – Müstəqillik Günü münasibətilə Akademiya əməkdaşlarının təbriki

28.05.2022 /

Hörmətli həmkarlar!

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsinin qəbul edilməsi, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız üçün böyük tarixi hadisə olmuşdur.

Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edilmiş, dövlət atributları, himni qəbul edilmiş, bayrağımız təsdiq olunmuş, idarəçilik strukturları yaradılmış, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilmişdir.

AXC hökuməti xalqımızın maariflənməsini, elm və mədəniyyətin inkişafını dövlət quruculuğunun təməl prinsiplərindən sayaraq, bu istiqamətdə fəaliyyətin müstəqil dövlətçilik ənənələrinə uyğun yenidən qurulmasını milli hökumətin əsas vəzifələrindən biri kimi bəyan etmişdir. Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti bu sahələrdə milli kadrlar hazırlanması işinin sürətləndirilməsinə xüsusi səy göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dünya birliyi tərəfindən tanınması, beynəlxalq hüququn subyekti olması istiqamətində həyata keçirdiyi işlər 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdır.

AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoymuşdur. Sovet hakimiyyəti illərində xalqımız tarixi-mədəni yaddaşını, milli dövlətçilik atributlarını məhz AXC-nin yaratdığı ənənələr və Ulu Öndər Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi milli siyasət nəticəsində qoruyub saxlaya bilmiş, xalqımızın müstəqillik arzusunun güclənməsinə və yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır.

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan etmişdir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, adı tarixə Qalib Ali Baş Komandan kimi yazılmış Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan demokratik dövlət quruculuğu və dinamik inkişaf prosesində böyük nailiyyətlər qazanaraq, dünyada tanınır.

Azərbaycan Milli Elmlər Akademiyasında Cümhuriyyət tarixinin daha dərindən və əhatəli öyrənilməsi istiqamətində geniş elmi tədqiqatlar aparılır, kompleks layihələr həyata keçirilir, beynəlxalq və respublika səviyyəli konfranslar təşkil olunur.

Əziz həmkarlar!

Sizi Müstəqillik Günü münasibətilə təbrik edir, xoşbəxt günlər arzulayır, elmi-tədqiqat işlərinizdə uğurlar diləyirik.

AMEA-nın Rəyasət Heyəti

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap