AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər elmə məlum olmayan kosmik obyekt tərəfindən buraxılan radiosiqnallar təyin ediblər

01.06.2022 /

Alimlər elmə məlum olan ulduzlardan heç birinə oxşamayan yeni neytron ulduz aşkar ediblər. Avstraliyalı alimlər Süd Yolu qalaktikasının Vela-X1 adlı sahəsini müşahidə ediblər. Sözügedən sahə Yer kürəsindən 1300 işıq ili məsafəsində yerləşir. Müşahidə zamanı alimlər cəmi 300 millisaniyə davam etmiş radiosiqnalı qeydiyyata alıblar. Bütün əlamətlər neytron ulduzuna işarə edirlər. Lakin məsələ burasındadır ki, həmin neytron ulduz elmə məlum olan kosmik obyektlərdən heç birinə bənzəmir.

“Biz, radiosiqnalı Cənubi Afrikada yerləşən MeerKat adlı teleskop vasitəsilə təyin etdik. Mən və həmkarlarım müəyyən analizlər aparandan sonra aşkar etdik ki, həmin siqnallar hər 76 saniyədən bir təkrarlanırlar. Bu, çox təəccübləndirici vəziyyət idi. Belə ki, neytron ulduzların əksəriyyətindən gələn siqnallar bir neçə saniyə və ya millisaniyə ərzində təkrarlanırlar” - deyə Sidney Universitetinin mütəxəssisi Manisha Caleb qeyd edib. Alimlər aşkar edilmiş bu yeni obyektə PSR J0941-4046 adını veriblər və belə bir nəticəyə gəliblər ki, bu neytron ulduz həm pulsarın həm də maqnetarın bəzi özəlliklərini özündə birləşdirir.

- Pulsar çox sıx neytron ulduzdur və o, artıq sönmüş nəhəng ulduzun təkamülünün son məhsuludur

- Maqnetar isə çox güclü maqnit sahəsinə sahib neytron ulduzdur və maqnetarlardan yalnız bəziləri radiosiqnallar buraxırlar edirlər.

“Biz hesab edirik ki, PSR J0941-4046 adlı obyekt radiosiqnallar ifraz edən tamamilə yeni növ ulduzdur. Bununla yanaşı aşkar edilmiş bu ulduz digər pulsarlarla müqayisədə daha ləng fırlanır. Bu ulduz radiosiqnalları digərlərindən fərqli olaraq daha tez-tez buraxır edir” - deyə  Manisha Caleb bildirib. Aşkar edilmş bu yeni obyekt ilə bağlı olan daha bir maraqlı fakt ondan ibarətdir ki, o, kosmosun elə bir yerində aşkar edilib ki, alimlər həmin yerdə ümumiyyətlə radio şüalanmaların təyin ediləcəyini gözləmirdirlər. Güman olunurdu ki, Süd Yolu qalaktikasının həmin sahəsində mövcud olan neytron ulduzlar öz həyat dövrlərini artıq sonlandırırlar. Buna görə də həmin ulduzların ümumiyyətlə aktiv olmadıqları və ya daha az aktiv olduqları güman edilirdi.

“PSR J0941-4046 obyekti bizim, neytron ulduzların yaranmaları və inkişafları barəsində təsəvvürlərimizi dəyişir. Bu ulduz ilə bağlı olan maraqlı fakt ondan ibarətdir ki, o, 7 müxtəif radiosiqnal buraxır. Məlum olan digər neytron ulduzlar isə bu cür özəlliyə sahib deyillər. Ulduzun bu cür müxtəlifliydə və mütəmadi şəkildə radiosiqnallar buraxması çox güman ki, bu ulduzun elmə hələ məlum olmayan şüalanma mexanizmi ilə bağlıdır” - deyə Manisha Caleb qeyd edib.

Alimlər aşkar ediblər ki, sözügedən ulduz tərəfindən buraxılan siqnallardan bəziləri mənşəyləri bilinməyən qısa radiosiqnallara bənzəyir. Əgər alimlər bunun həqiqətən də belə olduğunu sübut etsələr, bu neytron ulduz çox güman ki, yeni növ maqnetar kimi qəbul ediləcək. Bəzi fikirlərə əasən bu cür ulduzlar mənşəyləri bilinməyən qısa radiosiqnalların mənbələri ola bilərlər. “Biz, PSR J0941-4046 obyektinin öz aktivliyini radio diapazonda artıq nə qədər müddət sərgilədiyini bilmirik. Bundan əlavə olaraq biz, qalaktikada bu cür obyektlərin hansı sayda olduqlarını da bilmirik” - deyə Manisha Caleb əlavə edib. Alimlər düşünürlər ki, bu cür ulduzların aşkar edilməsinin qəlizlik səviyyəsini nəzərə almaqla, qalaktikada onların sayı daha çox ola bilər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap