AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

03.06.2022 /

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak ediblər.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına cəmiyyətin diqqətini bir daha yönəltmək məqsədi daşıyıb.

Festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb.

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) üçün ayrılmış meydançada qurum tərəfindən istehsal olunmuş innovativ məhsullar nümayiş etdirilib. YTP-nin rezidentləri olan “Troniq” MMC ultrabənövşəyi dezinfektor robot, “TV box”, LED lampa, plata və diod kimi yüksək texnologiyalı məhsullar, “Elm və Texnologiyalar Parkı” MMC isə kiçikhəcmli dron sərgiləyib.

Öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işləri aparmaq imkanına malik robot uşaqların xüsusilə diqqətini cəlb edib. Yüksək texnologiyalara böyük maraq göstərən uşaqlar festival çərçivəsində təşkil olunmuş interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış olmaq imkanı qazanıblar.

science.gov.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap