AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

ABŞ-da pasientə toxumalar vasitəsilə yetişdirilmiş qulaq transplantasiya edilib

06.06.2022 /

ABŞ-da uğurla insan qulağının bərpası reallaşdırılıb. Tədqiqatçılar üçölçülü qulaq bioimplantını yaratmaq üçün pasientin toxumalarından istifadə ediblər. Yaradılmış bioimplantın transplantasiya əməliyyatı klinik testlər çərçivəsində reallaşdırılıb. Bu üsul ilə tədqiqatçılar mikrotiyadan (qulağın anadangəlmə qeyri-inkişafı və ya ümumiyyətlə mövcud olmaması) əziyyət çəkən insanlarda yeni implantların təhlükəsiz və effektiv olduqlarını yoxlamaq istəyirlər. Mikrotiyadan əziyyət çəkmiş pasient üçün nəzərdə tutulmuş implant 3DBio Therapeutics şirkəti tərəfindən hazırlanıb. İmplantın transplantasiya əməliyyatına isə Mikrotiya və Anadangəlmə Qulaq Deformasiya İnstitutunun direktoru Arturo Bonilla rəhbərlik edib. Yeni növ bioimplantın yaradılması pasientin sağlam qulağının 3D skanına əsaslanır.

Skan prosesindən sonra qulağın maketi yaradılır. Daha sonra pasientin qulaq qığırdağının nümunələrini yığırlar və onun lazımi miqdarını yetişdirirlər. Yetişdiriləndən sonra qulaq qığırdağının hüceyrələri kollagen əsaslı bioloji mürəkkəb ilə qarışdırılır və əldə edilmiş qarışıqdan xarici qulaq əldə edilir. İlk növbədə çap edilmiş implant biloji şəkildə parçalanan qabığın daxilinə yerləşirilir Həmin qabıq isə qulağın ilkin mərhələlərində onu dəstəkləyir. Müəyyən müddətdən sonra isə sözügedən qabıq insan bədənində parçalanır. Faktiki olaraq yeni qulaq pasient bədəninə köçürülündən sonra yetişməyə başlayır. Müyyən müddətdən sonra isə o, adi qulağın formasını əldə edir. Mütəxəssislər qeyd ediblər ki, bu implantın klinik testlərində daha 11 nəfər iştirak edəcək. 3DBio Therapeutics şirkəti isə daha ağır mikrotiya növlərindən əziyyət çəkənlər üçün xüsusi implantların yaradılmasını da planlaşdırır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap