AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Avropa Birliyi elektron cihazlarda vahid USB Type-C şarj girişinin tətbiq qanununu qəbul edib

09.06.2022 /

Avropa Birliyi artıq uzun illərdir ki, elektron cihazlarda vahid şarj girişinin reallaşdırılmasına nail olmağı planlaşdırırdı. Bunun əsas səbəbi isə ətraf mühitə verilən zərər ilə bağlıdır. Belə ki, elektron cihazların bəziləri müxtəlif standartlı şarj girişi ilə təchiz olunduqları üçün istifadəçilər hər dəfə yeni şarj cihazı almalı olurlar və nəticədə elektron tullantıların sayı daha da artır. Avropa Birliyi regionlarında satılan elektron cihazlarda vahid şarj girişinin reallaşdırılması ilə bağlı olan qanun layihəsi dünən imzalanıb və o, 2024-cü ilin payız fəslindən qüvvəyə minəcək. Bu qanuna əsasən bütün smartfon istehsalçıları Avropa Birliyi regionlarında satılan məhsullarının hamısını USB Type-C girişi ilə təchiz etməli olacaqlar. Qeyd etmək lazımdır ki, sözügedən qanun təkcə smartfonları əhatə etmir.

Bura həmçinin planşetlər, smart saatlar, rəqəmsal kameralar, qulaqlıqlar və s. cihazlar daxildirlər. Elektron cihazlarda vahid şarj girişinin reallaşdırılması uzun illər ərzində planlaşdırılsa da onun aktiv müzakirəsinə keçən il start verilmişdi. İlkin qiymətləndirməyə əsasən sözügedən qanun vasitəsilə il ərzində 250 milyon avro vəsait qənaət etmək mümkün olacaq. Növbəti mərhələdə Avropa Parlamenti və Avropa Şurası bu qanun layihəsini təsdiqləməli olacaqlar və bundan sonra rəsmi bəyanat təqdim ediləcək. Bu qanun layihəsi rəsmi bəyanatdan 20 gün sonra qüvvəyə minəcək. Lakin şirkətlər ona 24 aydan sonra riayət etməli olacaqlar. Qeyd etmək lazımdır ki, sözügedən qanun artıq satışa çıxmış məhsulları əhatə etməyəcək. Bütün istehsalçılar Avropa Birliyi regionlarında satılacaq məhsullarını 2024-cü ilin payız fəslinə kimi USB Type-C standartına keçirtməli olacaqlar.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap