AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Xərçəng xəstəliyi əleyhinə olan təcrübi dərman preparatı 100%-lik müsbət nəticə sərgiləyib

10.06.2022 /

Xərçəng xəstəliyinin müalicəsi üçün nəzərdə tutulmuş təcrübi dərman preparatı öz nəticələri ilə mütəxəssisləri heyrətə gətirib. Təcrübi dərman preparatının testlərində iştirak etmiş könüllülərin hamısında remissiya (xroniki xəstəliyin simptomlarının əhəmiyyətli dərəcədə zəifləməsi və ya yox olması ilə xarakterizə olunan dövr) müşahidə edilib, orqanizmdəki xərçəng hüceyrələrinin sayı isə təyin edilə bilinməyən səviyyəyə kimi aşağı düşüb. Məlumatda qeyd edilib ki, təcrübi dərman preparatının istifadəsi ilə aparılmış müalicə prosesində 12 nəfər insan iştirak edib. Aparılmış bu təcrübə nəticəsində 12 nəfər insanın hər birində ənənəvi kimyaterapiya olmadan remissiya müşahidə edilib. “Mənim fikrimcə bu, xərçəng xəstəliyinin müalicə tarixi ərzində ilk belə bir hadisədir” - deyə Sloun Ketterinq adına onkoloji mərkəzin (MSK) elmi əməkdaşı Luis Diaz Jr. qeyd edib. Məlumatda qeyd edilib ki, təcrübədə iştirak etmiş insanlar immun terapiyasının istifadəsi ilə 6 aylıq müalicə prosesindən keçiblər.

Müalicə prosesi çərçivəsində onlar sahib olduqları düz bağırsaq xərçəngindən azad olmağa ümid edirdilər. 6 ayın tamamında isə onlar öyrəniblər ki, onların orqanizmlərində remissiya müşahidə edilir.

Təcrübədə iştirak etmiş şəxslər arasında Nyu Yorkda yaşayan qadın pasient planlaşdırılan kimyaterapiyadan keçməyə hazırlaşırdı. Lakin onun onkoloji həkimi qadının orqanizmində remissiya müşahidə edildiyi üçün kimyaterapiyaya ehtiyacın qalmadığını söyləyib. MSK-dan olan həkimlər öz araşdırmalarında təkcə immun terapiyasının xərçəng xəstələyinə qalib gəlib-gəlməyəcəyini öyrənmək istəyirdilər. Lakin mütəxəssislər bu təcrübi müalicə prosesinin bu cür müsbət nəticə verəcəyini gözləmirdilər. Bundan əlavə olaraq təcrübi müalicə prosesindən keçmiş 12 nəfər şəxsin heç birində dostarlimab adlı dərman preparatına qarşı əks təsir müşahidə edilməyib. Bu, xərçəng əleyhinə immunoterapevtik dərman preparatıdır və o, endometrial xərçəngin (uşaqlıq cismi xərçəngi) müalicəsində istifadə edilir. Lakin o, ilk dəfə olaraq düz bağırsaq xərçənginin müalicəsində də istifadə edilib.

Mütəxəssislərin sözlərinə əsasən sözügedən dərman preparatı immun hüceyrələrinə insan orqanizmindəki xərçəng hüceyrələrini təyin etməyə və onlarla mübarizə aparmağa imkan verir.

Bu cür heyrətləndirici nəticələrə baxmayaraq yeni dərman preparatının təsirini möcüzəli adlandırmaq çətindir. Bele ki, New York Times-ın təqdim etmiş olduğu statistikaya əsasən dostarlimab-a bənzəyən dərman preparatlarını qəbul edən hər 5-ci şəxs allergik reaksiyalar ilə qarşı-qarşıya qalır. Pasientlərin 3-5%-də isə əzələ zəifliyi, çeynəmə və udma problemləri müşahidə edilir. Kaliforniya Universitetinin kolorektal xərçəng üzrə mütəxəssisi Alan Venook-un fikrincə aparılmış yeni təcrübədəki pasientlərdə əks təsirlərin müşahidə edilməməsi təcrübədə lazımi sayda insanın iştirak etmədiyini və ya həmin xərçəng növünün sadəcə başqa olduğunu göstərir. Alan Venook-un həmkarları həmçinin düşünürlər ki, aparılmış təcrübə elə də böyük miqyasa sahib olmayıb və onu hələ yenidən təkrarlamaq lazımdır. Aparılmış yeni təcrübədə istifadə edilmiş dərman preparatı barəsində yekun nəticəyə gəlmək çün daha çox zaman və əlavə araşdırmalar lazımdır. Lakin onun artıq indidən bu cür nəticələr sərgiləməsi də diqqətəlayiqdir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap