AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Xəzər Universiteti “MicroMaster” proqramı üzrə sənəd qəbulu elan edir

15.06.2022 /

Xəzər Universitetinin İqtisadiyyat və biznes yüksək təhsil fakültəsi ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) İqtisadiyyat departamenti tərəfindən keçiriləcək “Data, iqtisadiyyat və inkişaf siyasəti” (Data, Economics and Development Policy (DEDP) “MicroMaster” proqramı üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir.

Universitetdən bildirilib ki, proqram ölkə inkişafının üzləşdiyi aktual sosial-iqtisadi problemlərin həlli naminə ehtiyac duyulan analitik bacarıqlar, xüsusilə data əsaslı analizlərin aparılması üzrə ixtisaslaşan yeni nəslin formalaşmasını hədəfləyir.

Proqram bu il avqustun 1-dən 2023–cü il aprelin 30-dək keçiriləcək.

Proqramda iştirak üçün 20 tələbə seçiləcək. Seçim prosesi mərhələli şəkildə ingilis dili və riyaziyyatdan test imtahanı, sonda isə müsahibə əsasında aparılacaq.

Dərslər MIT Universitetinin müəllimləri (Nobel mükafatçıları daxil olmaqla) tərəfindən onlayn formatda keçiriləcək. Tələbələrin mürəkkəb nəzəri və praktiki məsələləri daha yaxşı qavraması üçün Xəzər Universitetinin müəllimləri tərəfindən həftəlik köməkçi (fasilitasiya) dərslər təşkil ediləcək.

Proqramla bağlı bütün xərclər SOCAR və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları tərəfindən tam qarşılanacaq.

İqtisadiyyat, ekonometrika, statistika, Data analitikası, riyaziyyat, fizika, mühəndislik, maliyyə və digər əlaqədar sahələr üzrə minimum bakalavr təhsilli şəxslər müraciət edə bilərlər. Proqram üzrə seçilmiş tələbələr bu ilin sentyabr ayı ərzində Xəzər Universitetində yerli professor-müəllim heyəti tərəfindən keçiriləcək riyaziyyat (calculus) və statistika fənləri üzrə hazırlıq dərslərində iştirak edəcəklər. Oktyabr ayından MIT Universitetinin müəllimləri mikroiqtisadiyyat, sosial elmlər üçün data analitikası, inkişaf siyasətinin əsasları, ali inkişaf iqtisadiyyatı, təsadüfi (randomized) qiymətləndirmələrin dizaynı və tətbiqi, siyasi iqtisad və iqtisadi inkişaf fənlərini onlayn şəkildə tədris edəcəklər.

Proqramı uğurla bitirən tələbələr DEDP “MicroMaster” proqramı üzrə fənn krediti və sertifikat qazanacaqlar.

Müraciətlər iyunun 25-dək davam edəcək.

Ətraflı məlumat üçün https://micromasters.mit.edu/dedp/ linkinə daxil olmaq mümkündür.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap