AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Elmin İnkişafı Fondu: Əsas Qrant Müsabiqəsinə layihə qəbulu davam edir

17.06.2022 /

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Əsas Qrant Müsabiqəsinə layihə qəbulu davam edir.

Fondun mətbuat xidmətindən bildirilib ki, “Əsas Qrant Müsabiqəsi–2022”nin proqramı qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq, perspektivli inkişafı genişləndirmək üçün nəzərdə tutulub. Bu müsabiqə elmi-tədqiqatlardan tutmuş layihə nümayişinə və innovasiyalara qədər geniş spektrli fəaliyyəti dəstəkləyir. Əsas məqsəd müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmi səviyyəni yüksəltmək və yeganə meyar olan tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özləri tərəfindən təklif olunan mövzular üzrə tədqiqatları dəstəkləməkdir. Fondun qrantları tədqiqat qrupları tərəfindən həyata keçirilən layihələrə ayrılır. Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Müsabiqədə iştirak etmək üçün layihələr iyunun 30-dək qəbul olunacaq. Nəticələrin 2022-ci ilin sonunda açıqlanması planlaşdırılır.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulur. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə iştirakçılara elektron qaydada məlumat veriləcək.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap