AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər Super Yer sinifinə daxil olan 2 yeni planet kəşf ediblər

20.06.2022 /

Alimlər HD260655 adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz) ətrafında dövr edən 2 maraqlı planet kəşf ediblər. Söhbət, Yer kürəsinə bənzəyən daş səthli planetlərdən gedir. Bu cür planetləri adətən Super Yer adlandırırlar. Kəşf edilmiş planetlər qırmızı cırtdan ətrafında elə bir yüksək sürətlə dövr edirlər ki, onlardan birindi 1 il 2 gün, digərində isə 5 gün təşkil edir. Sözügedən planet sistemi Yer kürəsindən 33 işıq ili uzaqlığında yerləşir. Alimlər düşünürlər ki, həmin planet sistemində bu iki planetdən başqa digər planetlər də mövcuddur. Super Yer sinifinə daxil olan planetlərə Yer kürəsindən böyük, lakin Neptun və Urandan kiçik olan planetlər deyilir və bu sinifə daxil olmaq üçün bu və ya digər planet həmçinin daş səthə sahib olmalıdır.

Alimlər yeni 2 planeti TESS adlı kosmik teleskop vasitəsilə kəşf ediblər. Sözügedən kosmik teleskop ekzoplanetlərin axtarışı ilə məşğul olur. Bu teleskop planetləri tranzit üsulu vasitəsilə aşkar edir. Belə ki, bu üsul çərçivəsində bu və ya digər planet öz ulduzu fonunda hərəkət edən zaman ulduzun parlaqlıq səviyyəsində dəyişikliklər baş verdiyi üçün həmin planeti təyin etmək mümkün olur. Kəşf edilmiş yeni planetlər alimlər üçün böyük maraq kəsb edirlər. Belə ki, onlar Yer kürəsinə ən yaxın olan planet sistemlərindən birində yerləşirlər. Alimlər güman edirlər ki, həmin planetlərin yerləşdikləri planet sistemində digər planetlər də mövcuddur. Kəşf edilmiş planetlərdən biri HD 260655 b, digəri isə HD 260655 adını əldə edib. Bununla yanaşı alimlər kosmik teleskop vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu yeni planetlərin özəlliklərini təyin edə biliblər.

- Öz ulduzuna ən yaxın olan HD 260655 b planeti Yer kürəsindən təqribi olaraq 1.2 dəfə böyükdür və 2 dəfə daha böyük kütləyə sahibdir. O öz ulduzu ətrafında tam dövrü 2.8 günə reallaşdırır

- HD 260655 planeti isə Yer kürəsindən 1.5 dəfə böyükdür və 3 dəfə daha böyük kütləyə sahibdir. O öz ulduzu ətrafında tam dövrü 5.7 günə reallaşdırır.

“Bizim əldə etdiyimiz məlumatlar onu göstəriblər ki, həmin planetlərdə çox güman ki, bizim bildiyimiz formada həyat növü mövcud deyil. Həmin planetlərin sahib olduqları qırmızı cırtdanın bizim Günəşdən fərqli olaraq daha soyuq və aşağı parlaqlığa sahib olmasına baxmayaraq planetlər ona çox yaxın məsafədə yerləşirlər” - deyə alimlər qeyd ediblər.

Alimlər hesab edirlər ki, HD 260655 b planetində ortalama temperatur 435 dərəcə Selsi, HD 260655 planetində isə ortalama temperatur 284 dərəcə Selsi təşkil edir. Mütəxəssislər bildiriblər ki, həmin planetlərin səthlərində suyun maye formasında mövcud olması mümkün deyil. Belə ki, temperatur göstəriciləri çox yüksəkdir. “5 və ya 6 planetdən ibarət çoxlu sayda planet sistemi mövcuddur. Bu əsasən sözügedən qırmızı cırtdan kimi ulduzları əhatə edir. Ola bilsin ki, biz bu planet sistemində qırmızı cırtdandan daha uzaq məsafədə yerləşən digər planetlər aşkar edə bildik” - deyə mütəxəssislər qeyd ediblər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap