AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

28.06.2022 /

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji batareyası yaradıblar. Yaradılmış batareya bir neçə həftə ərzində elektrik enerjisi istehsal edə bilir. Sözügedən batareya müxtəlif bakteriyalardan ibarət 3 laya sahibdir. Həmin bakteriyalar isə uzun müddət ərzində bir-birilərinin həyat fəaliyyətlərini dəstəkləyirlər. Yaradılmış bu enerji batareyasının əsas özəlliyi də məhz bundadır. Binhemton Universitetinin professoru Seokheun Choi bioloji batareyalar ilə artıq uzun müddətdir ki, məşğul olur. Onun siyahısında bakteriyalar əsasında çoxlu sayda kağız batareya layihəsi mövcuddur.

Lakin həmin layihələrin bir ortaq mənfi cəhətləri var. Belə ki, onlar qısa müddət ərzində çalışa biliblər. Professor yeni tədqiqatları çərçivəsində bir-birini dəstəkləmə özəlliyinə sahib bir neçə bakteriya növünün birləşməsinin köməyi ilə uzun müddət ərzində çalışa biləcək batareyanın yaradılmasını özünə məqsəd qoyub. Beləliklə professorun aparmış olduğu tədqiqatlar nəticəsində 3 laylı batareya yaradılıb. Batareyanın yuxarı layında işığa həssas olan bakteriyalar yerləşirlər. İşığın təsiri nəticəsində həmin bakteriyalar orqanik birləşmələr ifraz edirlər və o birləşmələr orta layda yerləşən bakteriyalara ötürülür.

Orta layda yerləşən bakteriyalar da öz növbələrində orqanik birləşmələr ifraz edirlər və həmin birləşmələr alt laydakı bakteriyalara ötürülür. Alt layda yerləşən bakteriyalar həmin orqanik birləşmələr ilə qidalanaraq elektrik enerjisi istehsal edirlər. 3 kvadrat sm sahəyə sahib təcrübi bioloji batareya bir neçə həftə ərzində elektrik enerjisi istehsal edə bilib. Aydın məsələdir ki, bu cür enerji elementləri böyük olmayan sensorların və elektron cihazların çalışmalarını təmin edə bilərlər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap