AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Təbii fotosintez lazım deyil: Alimlər bitkilərin tam qaranlıq mühitdə becərilməsi üsulunu kəşf ediblər

28.06.2022 /

ABŞ-ın Riversayd şəhərində yerləşən Kaliforniya Universitetinin alimləri bitkilərin tam qaranlıq mühitdə bitmələrinin yolunu kəşf ediblər. Bunun üçün onlar süni fotosintezdən istifadə ediblər. Alimlərin fikirlərinə əsasən qida məhsullarının bu üsulla istehsalını həmçinin gələcəkdə Mars planetində də istifadə etmək mümkün olacaq. Fotosintez suyu, CO2 qazını və Günəş işığı enerjisini bizim qidalandığımız qida məhsullarına çevirmək üçün milyonlarla il təkamül prosesindən keçib. Alimlərin sözlərinə əsasən bu təbiət prosesi o qədər də effektiv deyil. Belə ki, Günəş şüalarının yalnız 1%-i bitkilər tərəfindən qəbul edilir. İndi isə amerikalı tədqiqatçılar təbii fotosintezdən yan keçərək tamamilə qaranlıq mühitdə qida məhsullarının istehsalı üsulunu kəşf ediblər.

Bu, süni fotosintez vasitəsilə mümkün olub. Alimlər CO2 qazını elektrik enerjisinə, suyu isə sirkənin əsas tərkib komponenti olan asetata çevirmək üçün iki mərhələli prosesdən istifadə ediblər. Nəticədə bitkilər asetat qəbul edərək tam qaranlıq mühitdə böyüyə biliblər. Alimlərin sözlərinə əsasən Günəş panellərinin köməyi ilə elektrik enerjisinin generasiyası vasitəsilə qida məhsullarının bu istehsal üsulu təbii prosesdən 18 dəfə daha effektivdir. “Biz, qida məhsullarının elə bir istehsal prosesini yaratmaq istəyirdik ki, o, təbii fotosintez tərəfindən qoyulan məhdudiyyətlərdən yan keçə bilsin” - deyə Riversayd Kaliforniya Universitetinin mütəxəssisi Robert Jinkerson qeyd edib.

Alimlərin fikirlərinə əsasən süni fotosintez vasitəsilə tam qaranlıq mühitdə pomidor, düyü və yaşıl noxud becərmək olar. Mütəxəssislər onu da qeyd ediblər ki, süni fotosintez iqlim dəyişiklikləri səbəbilə münbit şəraitini itirmiş mühitlərdə qida məhsullarının becərilməsi üzrə geniş imkanlar yaradır. Bu üsul ilə qida məhsullarını şəhər mühitində və hətta müyyən müddətdən sonra kənd təsərrüfatı üçün lazımi şəraitlərini itirəcək yerlərdə yetişdirmək olar. Alimlər hesab edirlər ki, gələcəkdə Ayda və Marsda daimi şəkildə məskunlaşacaq astronavtlar da bu üsuldan istifadə edərək qida məhsullarını əldə edə biləcəklər.

technote.az

Tweet
ANNOUNCE
  • 17.02.2026
  • 07.11.2025
  • 04.11.2025
  • 31.10.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap