AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Günəş sistemindən kənarda yerləşən planetlərdə çətin şərtlərə adaptasiya olmuş həyat növü mövcud ola bilər

29.06.2022 /

İsveçrəli alimlərin fikirlərinə əsasən “həyat üçün potensial münbit şəraitə sahib ekzoplanet” anlayışına yenidən nəzər yetirmək lazımdır. Aparılmış yeni tədqiqat nəticəsində alimlər güman edirlər ki, atmosferi hidrogen və heliumdan ibarət olan və Yer kürəsi kimi sərt səthə sahib ekzoplanetlərdə maye halında su mövcud ola bilər. Bu isə o deməkdir ki, həmin ekzoplanetlərdə milyardlarla il ərzində həyat növünün mövcud olma ehtimalı çox yüksəkdir. “Ekzoplanetlər Günəş sisteminin sərhədlərindən kənarda yerləşən planetlərdir. Hal hazırda elm sahəsində olan fikrə əsasən bu və ya digər planetdə həyat növünün mövcud olması üçün həmin planet maye halında suya sahib olmalıdır. Belə ki, su Yer kürəsində həyatın yaranmasında rol oynamış vacib faktordur. Sudan əlavə olaraq həyat üçün potensial münbit şəraitə sahib planetin atmosferi oksigen və azotdan ibarət olmalıdır. Yer kürəsində vəziyyət məhz belədir. Lakin bizim aparmış olduğumuz tədqiqat onu göstərib ki, həyat üçün potensial münbit şəraitə sahib planetlər anlayışına olan yanaşmanı dəyişmək lazımdır” - deyə Sürix Universitetinin mütəxəssisi Marit Mol Lous qeyd edib.

Alimlər düşünürlər ki, hətta hidrogen və heliumdan ibarət ilkin atmosferə sahib planetlərdə də həyat növü milyardlarla il ərzində mövcud ola bilər. Qeyd etmək lazımdır ki, Yer kürəsi də həyat dövrünün ilk vaxtlarında hidrogen və heliumdan ibarət olan atmosferə sahib olub. Mütəxəssislər güman edirlər ki, Yer kürəsi kimi sərt səthə sahib və öz ulduzlarından optimal məsafədə yerləşən böyük ölçülü planetlərdə hidrogen və heliumdan ibarət ilkin atmosfer qorunub saxlanmış ola bilər. Aparılmış yeni tədqiqat çərçivəsində alimlər belə bir qənaətə gəliblər ki, bu cür ekzoplanetlərdə həyat növü mövcud şərtlərə adaptasiya olmuş ola bilər. “Yer kürəsində müxtəlif ekstremal şərtlər altında mövcud olan mikroorqanizmlər tapmaq mümkündür. Bu isə o deməkdir ki, onlar əlverişsiz mühitdə də sağ qala bilərlər. Buna görə də kosmosun müxtəlif yerlərində yerləşən və Yer kürəsi kimi sərt səthə sahib ekzoplanetlərin atmosferlərində hidrogen ilə heliumun olması həmin planetlərdə dəqiq şəkildə həyat növünün mövcud olmaması demək deyil” - deyə Marit Mol Lous qeyd edib.

Yer kürəsinin ilkin atmosferi də uzaq keçmişdə hidrogen və heliumdan ibarət olub. Lakin daha sonra həmin elementlər oksigen və azot ilə əvəzləniblər. “Çox güman ki, öz ilkin atmosferini itirmiş böyük olmayan planetlər mövcuddur və onlar artıq dəyişiliblər. Lakin biz, ilkin atmosferini qoruyub saxlamış sərt səthli planetlərdən danışırıq. Həmin planetlərin səthlərində su maye şəklində mövcud ola bilər. Məsələ burasındadır ki, düzgün kütləyə sahib və öz ulduzundan optimal məsafədə yerləşən bu cür planetləri tapmaq çox qəliz məsələdir” - deyə Marit Mol Lous əlavə edib. Alimlər bildiriblər ki, hal hazırda kosmik teleskoplar adətən sərt səthə sahib böyük ölçülü ekzoplanetlər aşkar edirlər və onlar öz ulduzlarına çox yaxın məsafədə yerləşirlər. Buna görə də həmin planetlər “həyat üçün potensial münbit şəraitə sahib planetlər” anlayışından çox uzaqdırlar. Lakin isveçrəli alimlər güman edirlər ki, James Webb kimi yeni nəsil kosmik teleskoplar sözügedən anlayışa yaxın olan planetləri aşkar etməkdə yardımçı ola biləcəklər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap