AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın Rəyasət Heyətinin açıq iclası keçirilib

30.06.2022 /

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin açıq iclası keçirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri ilə yanaşı, elmi ictimaiyyətin nümayəndələri, doktorant və dissertantlar, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Rəyasət Heyətinin açıq iclaslarının davamlı olaraq təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.

Daha sonra AMEA rəhbəri gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

O, əvvəlcə Özbəkistan Respublikasına rəsmi səfərinin nəticələrindən bəhs edib. Akademik Arif Həşimov Özbəkistan səfəri çərçivəsində Özbəkistan Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyində olduğunu və görüşlərdə iki ölkə arasında elmi əməkdaşlıq imkanları, onun genişləndirilməsi və gələcək inkişafı məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Alim əlavə edib ki, bu qurumlarla qarşılıqlı maraq doğuran, dövlətlərin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi və texniki problemlər üzrə birgə tədqiqatların aparılması və s. məsələləri nəzərdə tutan əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. AMEA rəhbəri memorandumlardan irəli gələn məsələlərin icrası üçün Özbəkistandan olan nümayəndələrin Akademiyaya dəvət olunduğunu da vurğulayıb.

Müzakirəyə çıxarılan digər məsələ “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə əlaqədar AMEA-nın vəzifələri haqqında olub. Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müvafiq elmi bölmlərinə və  AMEA-nın Elmi innovasiyalar və alternativ enerji texnologiyaları üzrə Elmi Şurasına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nının icrasından irəli gələn məsələlərin həllinin təmin edilməsi tapşırılıb.

Daha sonra akademik Arif Həşimov AMEA-nın magistrlərinə fərqlənmə diplomlarının verilməsi üçün meyarlar haqqında çıxış edib. Bildirib ki, AMEA prezidenti tərəfindən “AMEA-da magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuraların yaradılması və fəaliyyətinin təşkili” haqqında 2 iyun 2022-ci il tarixli sərəncam imzalanmışdır. Sərəncamın 5.2. bəndinə əsasən, fərqlənmə diplomlarının verilməsi üçün bir sıra meyarlar müəyyənləşdirilmişdir. Bu meyarlara əsasən, ümumi orta müvəffəqiyyət göstəricisi 91 baldan yüksək olan, dissertasiya mövzusuna aid ən azı 1 məqalə və 1 tezisi çap olunmuş və magistrlik dissertasiyasını yüksək səviyyədə müdafiə edən magistrantlara fərqlənmə diplomlarının verilməsi nəzərdə tutulub.

AMEA Rəyasət Heyətinin qərarı ilə sözügedən sərəncama əsasən yaradılmış ixtisaslaşdırılmış müdafiə şuralarının sədrlərinə magistrlərə fərqlənmə diplomların verilməsində həmin sərəncamın 5.2. bəndində göstərilən meyarların nəzərə alınması tapşırılıb.

AMEA-nın Aspirantlar Yataqxanasında yaşayan Akademiya əməkdaşlarının mənzil təminatı məsələsi barədə danışan akademik Arif Həşimov bu problemlərin həlli üçün xüsusi komissiyanın yaradılması təklifi ilə çıxış edib. Təklif Rəyasət Heyətinin üzvləri tərəfindən qəbul edilib.

İclasda Rəyasət Heyətinin digər qərarları ilə “Həyat Elmləri və Biotibb” jurnalının redaksiya heyətinin, o cümlədən AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiq edilib.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvləri İbrahim Əzizov və Əlövsət Quliyevin 75 illik yubileylərinin, eləcə də AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın 90 illik yubileyinin keçirilməsinə dair qərar qəbul olunub.

Digər bir qərarla Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrinin, Azərbaycançılıq ideyasının idealdan ideologiyaya qədərki formalaşma və inkişaf proseslərini tədqiq və təbliğ etmək məqsədilə AMEA-da ictimai əsaslarla fəaliyyət göstərən AMEA-nın “Azərbaycançılıq” elmi-nəzəri seminarının yaradılması qərara alınıb.

Bundan başqa, iyulun 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Akademiyanın magistrlərinin “Məzun günü”nün keçirilməsi qərara alınıb.

science.gov.az

Tweet
ANNOUNCE
  • 26.08.2025
    The 6th International Conference on Problems of Cybernetics and Informatics (PCI 2025) will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
  • 30.06.2025
    Seminar “The Unlimited Development of Highly Intelligent People and the Positive Outlook on Life of People with Disabilities” will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap