AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Türk dünyasının riyaziyyata aid elmi jurnalı yüksək təsir əmsalı qazanıb

30.06.2022 / Conferences, assemblies

Türk Dünyasının Riyaziyyatçıları Elm Fondunun təsis etdiyi və Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda dərc edilən “TWMS Journal of Pure and Applied Mathematics” (Türk Dünyasının Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat jurnalı) Beynəlxalq elmi jurnalının təsir əmsalı (impact factor) 1.892 dən yüksələrək 2.722, beş illik təsir əmsalı 1.449-dən qalxaraq 1.846 olub.

Bu barədə Türk Dünyası Riyaziyyatçıları Elm Fondunun prezidenti, akademik Fikrət Əliyev məlumat verib. Akademik bildirib ki, bu jurnal dünyada riyaziyyat kateqoriyası üzrə “Web of Science” siyahısında yer alan 332 jurnal içərisində 17-cü, Avropa İttifaqında 9-cü yerdə qərarlaşıb. MDB məkanında sözügedən jurnal liderdir. Jurnalın redaksiya heyətinə dünyanın 18 ölkəsindən 49 tanınmış alim daxildir. İndiyədək jurnalın 13 cildi (25 nömrəsi) çap edilib, həmçinin jurnalda dünyanın 30 ölkəsini təmsil edən müəlliflərin 250-dən çox məqaləsi çap edilib.

Qeyd edək ki, 2015-ci ildə jurnal “Thomson Reuters” agentliyinin (indiki Clarivate Analytics) “Emerging Sources Citation Index“ bazasına, 2020-ci ildə “Science Citation Index Expanded” siyahısına daxil edilib. Bu təşkilatın illik hesabatına əsasən (2020 Journal Citation Reports) 2020-ci ildə jurnal 1.892 təsir əmsalına layiq görülüb və hazırda da ölkəmizdə ikinci impakt faktorlu jurnaldır.

Jurnalın riyaziyyat və tətbiqi riyaziyyatın müxtəlif sahələrindən çap olunan məqalələr ciddi rəydən keçirilir və hazırda jurnalın 250-dən çox tanınmış rəyçiləri var. Bu jurnal türk dünyasının aparıcı elm sahələrində tanınmasında mühüm rol oynayır.

Qeyd edək ki, jurnalın baş redaktoru Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev, aparıcı redaktoru isə BDU-nun dosenti Qəmər Məmmədovadır.

AzərTac

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap