AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Çinli alimlər qan damarları vasitəsilə beyin implantını keçi beyninə yerləşdiriblər

01.07.2022 /

Beyin implantının beyinə yerləşdirilməsi cərrahiyyə əməliyyatının keçirilməsini tələb edir və bu cür əməliyyat pasientin səhhəti və sağlamlığı üçün ciddi risk deməkdir. Eyni zamanda elm və mühəndislik sahəsi elə bir istiqamətdə gedir ki, səhiyyə sahəsi və hətta kompüterlərlə qarşılıqlı əlaqə prosesi də beyin implantlarının irimiqyaslı şəkildə insan beyninə inteqrasiyasını tələb edəcəklər. Bu vəziyyətdən çıxış yolu isə kəllə sümüyü üzərində cərrahiyyə əməliyyatı keçirtmədən beyin sensorlarının qan damarları vasitəsilə inteqrasiyası texnologiyaları ola bilər. Bu ilin fevral ayında Elon Musk-ın Neuralink şirkəti ciddi tənqidlə qarşılaşmışdı. Belə ki, şirkət heyvanlara qarşı qəddarlıqda günahlandırılmışdı. Buna səbəb isə Musk-ın bəyanatı olmuşdu.

Musk bildirmişdi ki, şirkətin beyin implantları ilə bağlı təcrübələrində iştirak etmiş 8 meymunun həyatına məcburi şəkildə son qoymaq lazımdır. Heç istisna deyil ki, bu cür nəticəyə səbəb şirkət tərəfindən meymunlar üzərində keçirilmiş cərrahiyyə əməliyyatları olub. Cərrahiyyə əməliyyatına alternativ kimi beyin implantlarının qan damarları vasitəsilə inteqrasiyası ola bilər. Bu məsələdə Nyu-York-un Synchron adlı şirkəti böyük təcrübəyə sahibdir. Belə ki, sözügedən şirkət artıq bir neçə pasientin beyninə xüsusi beyin implantını qan damarları vasitəsilə yerləşdirib. Bu proses çərçivəsində beyin implantı boyun hissədən qan damarına daxil edilir. Daha sonra isə implant qan axını vasitəsilə beyindəki təyinat nöqtəsinə çatır.

Məlumata əsasən bu cür beyin implantları neyrodegenerativ xəstəliklərə sahib pasientlərə fikir gücü vasitəsilə kompüterdən istifadə etməkdə yardımçı olurlar. Beyin implantlarının bu üsul ilə inteqrasiyasını artıq çinli mütəxəssislər də reallaşdırmağa başlayıblar. Çinin şimalinda yerləşən Tyantszin adlı liman şəhərinin Nankay Universitetinin alimləri elan ediblər ki, onlar keçən həftə qan damarları vasitəsilə keçi beyninə beyin implantı yerləşdiriblər və həmin implant vasitəsilə heyvan beynindən aydın və güclü elektrik siqnalı qəbul edilib. “Beyin implantının bu üsul ilə yerləşdirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, beynin generasiya etdiyi elektrik siqnallarının əldə edilməsi üçün beyin üzərində cərrahiyyə əməliyyatını keçirtməyə ehtiyac qalmır” - deyə Nankay Unversitetinin aparıcı tədqiqatçısı Duan Feng qeyd edib.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap