AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA magistrlərinin “Məzun günü” keçirilib

01.07.2022 /

İyulun 1-də Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının magistrlərinin “Məzun günü” keçirilib.

Tədbirin aparıcısı, AMEA-nın Botanika İnstitutunun məzunu Gövhər Süleymanova qonaqları salamlayaraq “Məzun günü”nü açıq elan edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra çıxış edən AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov məzunları əlamətdar gün münasibətilə təbrik edib, Akademiyanın kadr potensialının qorunub saxlanmasında və yeni yüksəkixtisaslı kadrların hazırlanmasında AMEA-da həyata keçirilən magistratura təhsilinin önəmini vurğulayıb.

AMEA-da ali təhsilin magistratura pilləsinin 2015-ci ildən etibarən yarandığını və ötən müddət ərzində 492 nəfərin Akademiyanın magistraturasında təhsil aldığını deyən akademik Arif Həşimov 2017-2021-ci illər ərzində 328 nəfərin, 2022-ci ildə isə 53 nəfərin məzun olduğunu diqqətə çatdırıb. Bildirib ki, professor-müəllim heyətinin peşəkarlığı, gənclərin tələbkarlığı və maddi-texniki tədris bazası sayəsində magistrlərin dərsləri yüksək səviyyədə keçib, nəticədə builki məzunların göstəriciləri yüksək səviyyədə olub.

Akademik məzunların AMEA-nın doktorantura və dissertanturasına yönləndirilmələrinin və onların elmdə qalmalarının təmin edilməsinin vacibliyini qeyd edib.

Akademik Arif Həşimov çıxışının sonunda magistlərin yetişdirilməsində əməyi keçənlərə, o cümlədən Rəyasət Heyətinin üzvlərinə, həqiqi və müxbir üzvlərə, institut direktorlarına, Təhsil şöbələrinin müdirlərinə və professor-müəllim heyətinə minnətdarlığını bildirib, gənclərə gələcək həyatlarında və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə vurğulayıb ki, bu gün ölkəmizdə ali təhsilin magistratura pilləsinin olması Azərbaycanda təhsilin Avropa standartlarında olmasının əyani göstəricisidir. Magistraturanın ali təhsillə elm arasında körpü rolunu oynadığını deyən akademik diqqətə çatdırıb ki, gənc məzunlar xarici dilləri və müasir informasiya texnologiyalarını yaxşı bilirlər və bu, onların gələcək elmi fəaliyyətlərində mühüm əhəmiyyətə malikdir.

Öz ölkəsinin adət-ənənələri, tarixi, dili, ədəbiyyatı, mədəniyyəti ilə fəxr etməyin elm adamlarının birinci keyfiyyəti olduğunu bildirən akademik İsa Həbibbəyli yalnız milli iftixar hissinə malik alimin vətənpərvər gənclər yetişdirə biləcəyini söyləyib.

O, həmçinin ilkin elmi vərdişlərə yiyələnmələri, məqalələrini çap etdirmələri və konfranslarda iştirak etmələri üçün Magistr elmi cəmiyyətinin yaradılmasını təklif edib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev isə magistrlərin hələ Qədim Roma dövründən mövcud olduğunu və cəmiyyətin ən nüfuzlu şəxsləri sayıldıqlarını deyib. Bildirib ki, orta əsrlərdə Avropanın bir sıra universitetlərinin rektorları məhz magistrlər tərəfindən seçilirdi. O, Rusiyada magistratura təhsilinin 1801-ci ildə yaradıldığını və 1917-ci ildə ləğv edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 1999-cu ildə bəzi Avropa dövlətlərinin Bolonya təhsil sisteminə keçməsilə magistratura təhsilinə diqqət daha da artırılıb.

Dünyada 22 minə yaxın magistr proqramının olduğunu qeyd edən alim iqtisadiyyatın real sektorları üzrə sifariş əsasında magistr hazırlamağın önəminə toxunub. O, dünyada təhsil sisteminin inkişaf etdiyini və yeniləndiyini deyib, buna hazır olmağın vacibliyini bildirib.

Həmçinin Azərbaycan elminin gələcək inkişafının təmin edilməsi işində gənc yüksəkixtisaslı kadrların hazırlanmasına daim diqqət yetirilməsinin əhəmiyyətini qeyd edib.

“Məzun günü”ndə, o cümlədən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək 2015-ci ildə AMEA-da magistratura pilləsi yaranan zaman 18 nəfərin qəbul olunduğunu və ilk buraxılışın 2017-ci ildə gerçəkləşdirildiyini söyləyib. Akademik İradə Hüseynova 2017-2021-ci illər ərzində məzun olan 328 nəfərdən 110-nun təhsillərini doktorantura və dissertantura pilləsindən davam etdirdiyini, onlardan 98-nin öz təhsilini məhz AMEA-da davam etdirdiyini deyib. Qeyd edib ki, 12 nəfər isə xaricdə, Böyük Britaniyanın Oksford, Birmingham, Fransanın Monpelye universitetləri kimi və s. dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsillərini davam etdirirlər. O bildirib ki, keçmiş məzunlardan biri artıq fəlsəfə doktorudur və bu, Akademiyada magistraturaya və gənc elmi kadrların hazırlanması işinə nə dərəcədə diqqət göstərilməsinin əyani sübutudur.

Respublikamızda gənclərə diqqət göstərilməsinin dövlət siyasətinin başlıca prioritetlərindən biri olduğunu deyən akademik İradə Hüseynova hər bir ölkənin gələcəyində elmi intellektual potensialın mühüm rol oynadığını söyləyib. Gənclərin milli ruhda tərbiyələndirilməsinin önəminə diqqət çəkən akademik vurğulayıb ki, Azərbaycan xalqı istedadlı xalqdır və bundan dövlətimizin çiçəklənməsi naminə istifadə edilməlidir.

Tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, ingilis dili müəllimi Aynur Məhərrəmova, AMEA-nın magistraturasının keçmiş məzunları - Arxeologiya, Etnoqafiya və Antropologiya İnstitutunun doktorantı Nigar Mustafayeva, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Gəray Əşirov və cari məzunlar - Geologiya və Geofizika İnstitutunun magistri Nazim Əliyev və Botanika İnstitutunun magistri Gövhər Süleymanova çıxış edərək AMEA-da həyata keçirilən magistratura təhsilinin önəmindən, məzunların təhsillərini doktorantura və dissertanturada davam etdirmələrinin vacibliyindən və daim öz üzərlərində çalışaraq xalqımız və dövlətimiz üçün faydalı işlər görmələrinin zəruriliyindən danışıblar.

Çıxışlardan sonra məzunlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 26.08.2025
    The 6th International Conference on Problems of Cybernetics and Informatics (PCI 2025) will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
  • 30.06.2025
    Seminar “The Unlimited Development of Highly Intelligent People and the Positive Outlook on Life of People with Disabilities” will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap