AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın Gənc Alim və Mütəxəssislər şuralarının yarımillik hesabatları dinlənilib

01.07.2022 /

AMEA-nın institut və təşkilatlarının Gənc Alim və Mütəxəssislər şuralarının yarımillik hesabatları dinlənilib. Məruzələr elmi bölmələr üzrə təqdim edilib.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci ilin birinci yarımili üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Aynurə Həsənova təqdim edib. O, FRTEB-in institut və təşkilatlarının elmi fəaliyyətindən danışaraq qeyd edib ki, 2022-ci ilin ilk 6 ayında bölmə üzrə elmi nəşrlərin ümumi sayı 203-ə bərabərdir, bunlardan 43-ü yüksək impakt faktorlu jurnallarda olmaqla 125-i məqalə, 78-i konfrans materiallarıdır. A.Həsənova qeyd edib ki, hesabat dövrü ərzində Bölmənin elmi-tədqiqat müəssisələrinin Gənc Alim və Mütəxəssisləri tərəfindən ümumilikdə 21 elmi, 58 elmi-populyar məruzə edilib.

Məruzəçi elm və təhsilin inteqrasiyasından bəhs edərək bildirib ki, bu sahədə Bölmənin elmi müəssisələrinin GAMŞ tərəfindən bir sıra əhəmiyyətli tədbirləri keçirilib. Bu istiqamət üzrə tələbə və şagirdlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılıb.

Beynəlxalq elmi fəaliyyətin genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verən A.Həsənova qeyd edib ki, hesabat dövrü ərzində Fizika İnstitutundan 3 nəfər, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından 4 nəfər və  Radiasiya Problemləri İnstitutundan 1 nəfər olmaqla, ümumilikdə 8 nəfər qrant layihələri, birgə əməkdaşlıq və təcrübə proqramları üzrə müxtəlif xarici ölkələrin elmi-tədqiqat müəssisələrinə ezam olunublar. Hesabatda, həmçinin gənc alim və tədqiqatçıların beynəlxalq elmi tədbirlərdə iştirakı ilə bağlı ətraflı məlumat verilib.

A.Həsənova Bölmədə həyata keçirilən qrant layihələri, icra olunan dövlət proqramları, eləcə də tətbiqi və innovativ fəaliyyətdən danışıb, elmi müəssisələrin gənc alim və mütəxəssislərinin 2 beynəlxalq, 11 ölkədaxili qrant layihələrində uğurla iştirak etdiklərini deyib.

Gənc Alim və Mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən tədbirlər barədə də məlumat verilib. Qeyd olunub ki, hesabat dövrü ərzində bölmə üzrə iki əməkdaş AMEA-nın Fəxri Diplomu ilə, ümumilikdə 12 nəfər isə institutdaxili sertifikat və diplomlarla mükafatlandırılıb.

A.Həsənova respublika üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrlə və anım günləri ilə əlaqəli təşkil edilmiş elmi-praktiki konfranslar və tədbirlərdən söz açaraq qeyd edib ki, bölmə üzrə gənc alim və mütəxəssislərin təşəbbüsü və təşkilatçılığı ilə ümumilikdə 36 tədbir keçirilib.

Sonda Bölmə üzrə 7 gənc alim və mütəxəssisin öz sahələri üzrə televiziya kanallarında çıxışlar etdikləri və müsahibə verdikləri qeyd olunub.

Kimya Elmləri Bölməsi (KEB) üzrə yarımillik hesabatla bağlı AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, k.ü.f.d. Nərmin Dadaşova çıxış edib. Hesabatda son 6 ay ərzində KEB-in müvafiq institutlar üzrə əldə etdiyi nəticələr təqdim edilib. Bölmənin katibi 2022-ci ilin ilk 6 ayı ərzində KEB-in elmi müəssisələrinin GAMŞ-nin qarşısına qoyulmuş vəzifələrdən, icra edilmiş kompleks tədbirlərdən söz açıb. Natiq bildirib ki, həyata keçirilən tədbirlər və qazanılan layihələr elmi, dövlət proqramlarına dəstək verməklə yanaşı, mühüm problemlərin həllinə yönəlib.

Qeyd olunub ki, gənc alimlər bölmə üzrə əsas istiqamətlərdə aparılan fundamental və tətbiqi xarakterli 9 yerli və beynəlxalq qrant layihələrin qalibi olub. Əlavə edilib ki, beynəlxalq səviyyəli “Horizon – 2020” layihəsinin icraçıları arasında Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun gənc əməkdaşı Günel Əzimova da yer alıb.

Bölmənin gəncləri tərəfindən 159 tezisin və 59 məqalənin işıq üzü gördüyünü, onlardan 26-nın beynəlxalq jurnallarda dərc olunduğu nəzərə çatdırılıb.

Yer Elmləri Bölməsinə (YEB) daxil olan institutların yarımillik hesabatını bölmə katibinin müavini Aysel Məmmədova təqdim edib. O, qeyd edib ki, 2022-ci ilin ilk 6 ayı ərzində YEB-in tərkibinə daxil olan GAMŞ-nin qarşısına qoyulmuş bütün vəzifələr yerinə yetirilib. Natiq bildirib ki, keçirilən tədbirlər və yerinə yetirilən layihələr bir çox məsələlərin həllində əsaslı rol oynayıb. Bölmə üzrə gənclər yerli və beynəlxalq konfranslarda iştirak etmiş və qrant layihələrin qalibi olub.

Bildirilib ki, AMEA-nın Coğrafiya İnstitutunun Geoinformatika və kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylının “İqlim aslılığı olmayan ağıllı kənd təsərrüfatı” adlı layihəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkil etdiyi “Greenovation” qrant müsabiqəsinin Azərbaycan üzrə qalibi olub. Bölmənin 58 tezisi və 40 məqaləsi işıq üzü görüb.

Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hesabatını bölməni katibi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun GAMŞ sədri Nərgiz Bayramova təqdim edib. O bildirib ki, BTEB-in 35 yaşadək olan tədqiqatçılarından 39 nəfəri  magistr, 36 nəfəri doktorant, 65 nəfəri isə dissertantdır. Cari 6 ayda bölmənin gəncləri  vebinar, yerli və beynəlxalq konfranslar, seminar, sərgi, təlimlər olmaqla, ümumilikdə 53 tədbirdə fəal iştirak ediblər. N.Bayramova BTEB-in ən önəmli nailiyyətlərindən birinin 2022-ci il Gənclər üçün Prezident mükafatına elm üzrə Molekulyar Biologiya və Biotexnologiyar İnstitutunun  Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Lalə Axundovanın layiq görülməsi olduğunu vurğulayıb.

Bildirilib ki, Bölmənin gəncləri 26 respublikadaxili, 9 xarici elmi ezamiyyədə olub. Katib gənclərin cari yarımildə müxtəlif xarici və yerli nəşrlərdə 33 məqaləsinin, beynəlxalq və yerli olmaqla 50 müxtəlif tezisinin çap olunduğunu qeyd edib.

Sonda bölmənin kadr hazırlığı barədə  məlumat verən N. Bayramova 2022-ci ilin ilk 6 ayında 2 gənc alimin  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə doktoru diplomlarının təsdiq edildiyini diqqətə çatdırıb.

Humanitar Elmlər Bölməsinin (HEB) hesabatı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun GAMŞ sədri Şəfa Əliyeva tərəfindən təqdim olunub. Natiq məruzəsində bildirib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində 6 ay ərzində Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Yaponiyadan gəlmiş nüfuzlu alimlər tərəfindən müxtəlif seminarlar təşkil edilib. Ədəbiyyat İnstitutunun kiçik akademiyalarla əməkdaşlığından bəhs edən Şura sədri GAMŞ üzvlərinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi fəaliyyəti haqqında məlumat verən katib muzeyin son 6 ayda GAMŞ üzvləri üçün təşkil etdiyi ekskursiyalardan bəhs edib, eləcə də institutdaxili mükafatlandırmalar haqqında məlumat verib.

O, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan Dövlət Televiziyası ilə əməkdaşlığı, o cümlədən “Dilçilik tribunası” layihəsinin gənclərin Avropa və Amerikada aktual olan dilçilik məsələlərinə dair tədqiqatlarından da bəhs edib.

İctimai Elmlər Bölməsinin (İEB) hesabat dövründə əldə edilmiş nəticələri təqdim edilib. Bölmənin katibi əldə olunan nəticələrdən danışaraq mühüm problemlərin həllinə yönəlmiş tədbirlər və qazanılan layihələrdən bəhs edib.

Həmçinin Bölməni təmsil edən institutların gənc alimlərinin həm elmi, həm də ictimai fəaliyyəti diqqətə çatdırılıb. Nəşr edilmiş məqalə və tezislər, eləcə də yerli və beynəlxalq konfranslar haqqında məlumat verilib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 26.08.2025
    The 6th International Conference on Problems of Cybernetics and Informatics (PCI 2025) will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
  • 30.06.2025
    Seminar “The Unlimited Development of Highly Intelligent People and the Positive Outlook on Life of People with Disabilities” will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap