AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Suda üzməyi bacaran mini robotlar digər planetlərdə həyat növünün axtarışı ilə məşğul olacaqlar

04.07.2022 /

NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyasının mühəndisi və robotlar üzrə mütəxəssisi olan Ethan Schaler kiçik ölçülü robotlar konsepsiyasını yaradıb. Konsepsiyaya əsasən həmin robotlar qrup şəklində çalışaraq müasir tədqiqat aparatlarından fərqli olaraq Günəş sistemi planetlərinin peyklərindəki yeraltı okeanlarını daha yaxşı araşdıra biləcəklər. Suda üzən mini robotların yaradılması layihəsi üçün Schaler artıq 600.000$ dəyərində qrant əldə edib. O hesab edir ki, onun yaradacağı kiçik ölçülü robotlar qrupu yeraltı okeanların tədqiqatı və potensial həyat növünün axtarılması üçün effektiv üsul olacaq. Sözügedən robotlar əsasən Yupiterin Avropa, Saturnun isə Enselad adlı peyklərində potensial mövcud olan yeraltı okeanların tərkiblərini və mümkün həyat növü üçün lazım olan şərtlərini analiz edə biləcəklər.

“Mənim konsepsiyam hələ ki, NASA-nın heç bir rəsmi missiyasına daxil edilməyib. Lakin mənim çalışan prototip yaratmağım üçün 2 il zamanım var. Hesab edirəm ki, suda üzməyi bacaran bu cür kiçik robotlardan ibarət qrup böyük həcmdə okean sularını araşdıra və bir aparatdan daha çox məlumat yığa bilər’ - deyə Schaler qeyd edib. Schaler-in hazırladığı bu kiçik robotlar SWIM adını əldə ediblər. Sözügedən robotlar 12 sm uzunluğa və 60-75 kub sm həcmə sahib olacaqlar. İlkin konsepsiyaya əsasən 40 ədəd robot xüsusi aparatın daxilinə yerləşdiriləcək. Həmin aparat isə buzlaqlardan ibarət səthdən keçib yeraltı okeana çatandan sonra həmin robotları suya buraxacaq. Robotlar xüsusi aparatın yalnız 15% sahəsini tutacaqlar. Bu isə o deməkdir ki, robotları təyinat nöqtəsinə çatdıracaq aparatda əlavə elmi təchizatlar mövcud ola bilər.

Həmin alətlər sayəsində aparat bu və ya digər peykin buz örtüyünü və yeraltı okeanının yuxarı layını araşdıra bilər. Mini robotlar tərəfindən əldə ediləcək bütün məlumatlar ilk növbədə həmin xüsusi aparata, daha sonra həmin aparatdan peyk səthində yerləşən eniş moduluna və sonda eniş modulundan Yer kürəsinə göndəriləcək. Schaler-in sözlərinə əsasən hər bir mini robot öz mühərrikinə, kiçik kompüterinə, əlaqə üçün nəzərdə tutulmuş təchizatına və okeanların temperaturlarını, təzyiqlərini, turşuluq və duz səviyyələrini ölçmək üçün xüsusi sensorlara sahib olacaq. Ən əsası isə həmin robotların gövdələrində potensial həyat növünün təyin edilməsi üçün nəzərdə tutuluş sensor da mövcud olacaq. NASA-nın, Yupiterin peyki olan Avropaya reallaşdırılacaq ən yaxın missiyası Europa Clipper adlı kosmik aparatın uçuşu olacaq. Onun uçuşu 2024-cü ilə planlaşdırılır. Bunun baş verəcəyi halda artıq 2030-cu ildə kosmik aparat Avropa peykinə çatacaq və onu daha detallı şəkildə araşdıra biləcək.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap