AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Windows Defender-in Intel prosessorlu kompüterlərin performanslarını aşağı saldığı məlum olub

04.07.2022 /

Techpowerup saytının əməkdaşları antivirus tətbiqi olan Windows Defender-in çalışma prosesində səhvin olduğunu və həmin səhvin kompüterlərin performanslarına neqativ təsir göstərdiyini aşkar ediblər. Aşkar edilmiş səhv həm stolüstü kompüterlərə həm də noutbuklara mənfi təsir göstərir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Windows Defender-də aşkar edilmiş problem yalnız Intel prosessorları vasitəsilə çalışan kompüterləri əhatə edir. Hələ ki, Microsoft şirkəti yaranmış problemin rəsmi şəkildə həll edilməsi üzrə heç bir üsul təklif etmir. Lakin problemi fərdi şəkildə aradan qaldırmağın artıq bəzi yolları var. Windows Defender-in neqativ təsirini Techpowerup saytının əməkdaşı tərəfindən yaradılmış xüsusi tətbiq vasitəsilə aşkar etmək mümkün olub. Yaradılmış tətbiqin çalışma prinsipi kompüterin performansını ölçən sayğacların aşkar edilərək qeydiyyatdan keçirilməsinə əsaslanır.

Tətbiqin testi zamanı müəyyən edilib ki, Windows Defender periodik olaraq Intel-də mövcud olan 7 performans sayğacının hamısını işə salır. Bilinməyən səbəblərə görə antivirus tətbiqi sayğacların imtiyazlarının səviyyələrini dəyişir. Nəticədə həmin sayğacları digər səviyyələrdə istifadə etmək istəyən tətbiqlər arasında konflikt yaranır. Məlumata əsasən sözügedən problem 2008-ci ildən indiyənə kimi satışa çıxmış Intel prosessorlarında müşahidə edilir. Məsələn 5 GHz tezlikdə çalışan Intel Core i9-10850K prosessoru sözügedən problem səbəbilə Cinebench testlərində 1000 xal itirir. Techpowerup saytının bu xəbəri ortaya çıxandan sonra Intel Core seriyasının 8-ci nəslindən 11-ci nəslinə kimi olan prosessorların sahibləri eyni səviyyədə performansın aşağı düşdüyü barəsində məlumat veriblər.

Beləliklə potensial istifadəçi qarşısında iki seçim dayanır: Windows Defender-i deaktiv etmək və ya problemin Microsoft tərəfindən həll edilməsini gözləmək. Lakin Techpowerup saytının verdiyi məlumata əsasən problemi həll etmək üçün alternativ üsullar da var. Onlardan biri də Counter Control adlı tətbiqin kompüterə yazılmasıdır. Sözügedən tətbiq performans sayğaclarının aktivliklərini izləyir və onları lazımi vəziyyətə salır. Digər üsul isə Throttlestop v9.5 adlı tətbiqin yazılması Windows Defender Boost funksiyasının aktivləşdirilməsidir. Funksiyanın aktivləşdirilməsindən sonra sözügedən tətbiq Defender-i izləməyə başlayır və lazım olduğu halda bütün performans sayğaclarını deaktiv edir. Techpowerup saytı öz növbəsində bu məsələ ilə bağlı Microsoft-a müraciət etsə də hələ də şirkətdən bir xəbər əldə edə bilməyib. Qeyd etmək lazımdır ki, Windows Defender-də aşkar edilmiş problem AMD və 12-ci nəsil Intel prosessorlarını əhatə etmir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap