AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

MEK-də “Vikipediya” təlimlərini uğurla başa vuran növbəti qrupa sertifikatlar təqdim olunub

06.07.2022 /

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”ya cəlb olunan növbəti qrupun təlimləri uğurla başa çatıb.

“Qorqud” Vikipediya Metodik Klubunun, eləcə də YAP Yasamal rayon təşkilatının tərəfdaşlığı ilə MEK-də həyata keçirilən təlimlərdə bu dəfə Bakı Dövlət Universitetinin Filologiya və Kitabxanaçılıq-informasiya fakültələrinin tələbələri iştirak edib. Təlimləri uğurla başa vuran tələbələrə, həmçinin MEK-in Elektron resurslar şöbəsinin bir qrup əməkdaşına diplomların və sertifikatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə MEK-in baş direktoru professor Məmməd Əliyev çıxış edərək “Vikipediya”nın dəyərli bir mənbə olduğunu xatırladıb. Baş direktor bildirib ki, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsi informasiya savaşında da uğurlarımızı şərtləndirir. “Postmüharibə dövründə Azərbaycan haqqında informasiyanı dünyaya düzgün şəkildə çatdırmaq hər birimizin öhdəsinə düşən vətəndaş borcudur. Bu baxımdan burada təlim keçən “Vikipediya” könüllülərinin Azərbaycan bölməsində yaratdığı məqalələr, bununla da ölkəmizdə informasiyanın kontent təhlükəsizliyinə verdiyi töhfə çox dəyərlidir”, - deyə baş direktor bildirib.

“Qorqud” Vikipediya Metodik Klubunun sədri, Milli Məclisin deputatı Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və MEK-in Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova bütün dünyada insanların ilkin mənbə olaraq müraciət etdiyi “Vikipediya”nın mövqeyinin daha da möhkəmləndiyini qeyd ediblər. Çıxış edənlər bu informasiya resursunda Azərbaycan haqqında materialların zənginləşdirilməsinin vacib bir məsələ olduğunu bildirib və tələbələrə bu çətin, lakin şərəfli işdə uğurlar arzulayıblar.

Diqqətə çatdırılıb ki, aprel ayından başlanan təlimlərdə iştirakçılar virtual ensiklopediyada məqalələrin yaradılması, redaktə olunması, digər dillərdən Azərbaycan dilinə məqalələrin tərcümə edilməsi və yerləşdirilməsi istiqamətində mühüm biliklər qazanıblar. Layihə müddətində 100-ə yaxın məqalə yaradılıb və redaktə olunub.

Sonda təlimləri başa vuran iştirakçılara diplom və sertifikatlar təqdim olunub.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap