AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA Rəyasət Heyəti üzvlərinin elmi müəssisə və təşkilatların rəhbərləri ilə görüşü keçirilib

07.07.2022 /

İyulun 7-də Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti üzvlərinin elmi müəssisə və təşkilatların rəhbərləri ilə “Açıq mikrofon” formatında görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bu görüşün rəsmi formatda deyil, yarım illik iş mövsümünün başa çatdığı bir şəraitdə elmi, elmi-təşkilati fəaliyyətin yekunlarını müzakirə etmək, elm qarşısında duran vəzifələri müzakirə etmək, elmi müəssisə və təşkilatların mövcud problemlərini dinləmək, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və səmimi müzakirələr aparmaq məqsədilə keçirildiyini söyləyib.

Akademiyanın tarixən Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında aktiv rol oynadığını deyən akademik Arif Həşimov bu gün AMEA-da istər ölkənin sosial-iqtisadi inkişaf istiqamətlərinə, istərsə də müasir dünyanın çağırışlarına uyğun mühüm tədqiqatların aparıldığını söyləyib.

Akademik Arif Həşimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında  2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən görülmüş işlər haqqında danışıb, ilin sonunadək bu istiqamətdə bir sıra mühüm vəzifələrin də həyata keçirilməsi zərurətini diqqətə çatdırıb.

Cari ilin aprel ayının 27-də AMEA-nın Ümumi yığıncağının baş tutduğunu və Akademiyanın gələcək fəaliyyət planını əks etdirən qərar layihəsinin qəbul olunduğunu xatırladan akademik Arif Həşimov layihənin yekun variantının hazırlanması məqsədilə bölmə üzvləri ilə görüşlərin keçirildiyini bildirib. O, atılan bütün addımların Akademiyanın və bütövlükdə Azərbaycan elminin inkişafının dinamikliyinin təmin edilməsi məqsədi daşıdığını söyləyib.

Tədbirdə, AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilqəm Tağıyev, İradə Hüseynova, AMEA Rəyasət Heyətinin üzvləri, akademiklər Fikrət Əliyev, Adil Qəribov, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov, Elm Tarixi İnstitutunun baş direktoru, professor Məryəm Seyidbəyli və Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova və digərləri müzakirələrə qoşularaq hazırkı şəraitdə Akademiya qarşısında duran vəzifələrdən, mövcud problemlərin aradan qaldırılması yollarından, Akademiyanın strukturunun və idarəedilməsinin təkmilləşdirilməsi, yeni maliyyələşmə mexanizmlərinin tətbiqi zərurətindən, yüksəkixtisaslı kadr hazırlığı sahəsində həyata keçirilməli tədbirlərdən bəhs ediblər.

Müzakirələrdə Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, laboratoriyalarının müasir cihazlarla təmin olunması, xaricdən avadanlıqların alınması və gömrük sənədləşməsinin sadələşdirilməsi, müəssisələrdə olan cihazların təmiri və sazlanması, əvvəlki illərdən alınmış cihazlardan əldə olunan nəticələrin ictimaiyyətə təqdim edilməsi, AMEA-nın magistraturasında dərs deyən müəllimlərin stimullaşdırılması, xarici dillərin tədrisi sahəsində fəaliyyətin genişləndirilməsi, gənclərin Avropanın müxtəlif ölkələrinə təhsil almaq üçün göndərilməsi, kadrların uyğunluğunun müəyyənləşdirilməsi üçün attestasiyanın aparılması, institutlarda elmlər doktorluğu üzrə müdafiəyə diqqətin artırılması, elmi diasporun potensialından daha geniş istifadə edilməsi, elmin maliyyələşdirilməsində qrant layihələri üzrə ünvanlı maliyyələşmə mexanizmlərinin tətbiqi, göndərilən mövzuların institutların alimlərinin iştirakı ilə müzakirəsi, yeni müstəqil maliyyələşmə mexanizmindən istifadə edilməsi, Akademiyada Tətbiq şöbəsinin bərpa edilməsi, şəhərdən kənarda eksperimental sınaqlar aparmaq üçün mərkəzin yaradılması, ölkədəki bütün elmi ekspertizalarda Akademiyanın yaxından iştirakı və s. istiqamətlərdə təkliflər səsləndirilib.

Sonda akademik Arif Həşimov səsləndirilən təkliflərə münasibətini bildirib, tədbir iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edərək görüşə yekun vurub.

 

science.gov.az

 

Tweet
ANNOUNCE
  • 26.08.2025
    The 6th International Conference on Problems of Cybernetics and Informatics (PCI 2025) will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
  • 30.06.2025
    Seminar “The Unlimited Development of Highly Intelligent People and the Positive Outlook on Life of People with Disabilities” will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap