AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Qalaktikamızın mərkəzində yerləşən qara dəlik ətrafında ən yüksək sürətlə dövr edən ulduz kəşf edilib

13.07.2022 /

Alman və çex alimlərdən ibarət olan qrup Süd Yolu qalaktikasının mərkəzində yerləşən qara dəliyin ətrafında rekord qısa zaman ərzində ən yüksək sürətlə dövr edən ulduzu kəşf edib. Qalaktikamızın mərkəzində yerləşən Oxatan A* (Sagittarius A*) adlı qara dəliyin yaxınlığında ulduzlardan ibarət sıx qruplaşma mövcuddur. Alimlər o qruplaşmanı S ulduzlar qruplaşması adlandırırlar. Bu qruplaşmada müxtəlif kütləyə və parlaqlıq səviyyəsinə sahib 100-dən çox ulduz var. Lakin bu qruplaşmaya daxil olan bütün ulduzlar inanılmaz sürətlə hərəkət edirlər. Alimlər tərəfindən aparılmış yeni tədqiqat onu göstərib ki, S4716 adlı ulduz sözügedən ulduz qruplaşmasına daxil olan digər ulduzlardan daha yüksək sürətə sahibdir.

Belə ki, onun qara dəlik ətrafında dövretmə sürəti saniyədə 8000 km təşkil edir. Bundan əlavə olaraq alimlər aşkar ediblər ki, S4716 adlı ulduz qara dəlik ətrafında ən qısa dövr müddətinə sahibdir. Belə ki, o, qara dəlik ətrafında tam dövrü 4 ilə reallaşdırır. Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, bu ulduz kosmik standartlara əsasən qara dəliyə çox yaxın məsafədə yerləşir. Qara dəlik ilə həmin ulduz arasındakı məsafə 100 AV (Astronomik Vahid / 1 AV = 149.597.870 km) təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Günəş sisteminin ən uzaq məsafədə yerləşən planeti olan Neptun Günəşdən 30 AV məsafədə yerləşir və onun Günəş ətrafındakı tam dövrü 164 ilə reallaşır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap