AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Ən güclü maqnit sahəsinə sahib kosmik obyekt kəşf edilib

19.07.2022 /

Beynəlxalq alimlər qrupu Insight-HXMT adlı kosmik rentgen teleskopu vasitəsilə bilinən kosmik obyektlər arasında ən güclü maqnit sahəsinə sahib obyekti kəşf ediblər. Məlum olub ki, Swift J0243.6+6124 adlı pulsar bilinən kosmik obyektlər arasında maqnit sahəsinin gücü baxımından rekord göstəriciyə sahibdir. Belə ki, sözügedən pulsarın maqnit sahəsinin gücü 1.6 miyard T (Tesla / Maqnit induksiya vahidi) təşkil edir. Bu isə ən güclü maqnit sahəsinə sahib bilinən kosmik obyektlər arasındakı əvvəlki rekordçuların göstəricilərindən 600 milyon Tdaha yüksəkdir. Swift J0243.6+6124 adlı pulsar bizim qalaktikada Yer kürəsindən 22 000 işıq iliuzaqlığında yerləşir. İndiyənə kimi alimlər maqnit sahəsinin gücü 1.6 milyard T təşkil edən kosmik obyekt müşahidə etməyiblər. Belə ki, bu məsələdə daha öncəki rekordçular GRO J1008-57 və 1A 0535+262 adlı pulsarlar olublar.

Həmin pulsarlardan hər birinin maqnit sahəsinin gücü isə 1 milyard T təşkil edir. 1.6 milyard T gücündə olan maqnit sahəsinin nə demək olduğunu daha yaxşı anlamaq üçün qeyd etmək lazımdır ki, evdəki soyuducunun üzərinə bərkidilən maqnitin maqnit sahəsinin gücü təqribi olaraq 0.001 T təşkil edir. MRT (Maqnit rezonans tomoqrafiya) aparatlarının maqnit sahələrinin gücləri isə təqribi olaraq 3 T təşkil edirlər. Pulsar neytron ulduzların bir növüdür. Bu cür ulduzlar yüksək sıxlığa sahib olurlar və daimi şəkildə rentgen şüalanması ifraz edirlər. Öz oxu ətrafında yüksək sürətlə fırlanan bu cür yüksək sıxlıqlı kosmik obyektlər güclü maqnit sahəsinə sahib olurlar. Kəşf edilmiş yeni pulsar daha bir maraqlı özəlliyə sahibdir.

Belə ki, o bizim qalaktikada mövcud olan yeganə bu cür ulduzdur ki, öz ulduz yoldaşına sahibdir. Pulsarın sahib olduğu ulduz yoldaşı Be adlı ulduzlar sinifinə daxildir. Bu sinifə daxil olan ulduzlar həddindən artıq isti olurlar və həmçinin öz oxları ətraflarında yüksək sürətlə fırlanırlar. Kəşf edilmiş yeni pulsar öz növbəsində ulduz yoldaşının maddəsini udur və bu da pulsarın ifraz etdiyi rentgen şüalanmalarını daha da gücləndirir. Swift J0243.6+6124-ə bənzəyən pulsarlar elə yüksək sıxlığa sahib atomlardan ibarətdirlər ki, həmin mühiti Yer kürəsində yaratmaq və müvafiq olaraq güclü maqnit sahəsini əldə etmək mümkün deyil. Bir neçə il bundan öncə fiziklər Yer kürəsində maksimum 1200 Tgücündə maqnit sahəsi yarada bilmişdilər. Lakin həmin gücdə maqnit sahəsi sadəcə olaraq 100 mikrosaniyə ərzində mövcud ola bilib.
technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap