AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər yeni pulsar aşkar edib

19.07.2022 /

Alimlər Yerdən təqribən 22 min  işıq ili uzaqlıqda indiyədək müşahidə olunan ən güclü maqnit sahəsinə malik obyekt aşkar ediblər.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu vaxtadək müşahidə edilmiş güclü maqnit sahəli GRO J1008-57 və 1A 0535+262 pulsarlarının maqnit sahəsi təxminən 1 milyard Tesladır,  Swift J0243.6+6124  adlı pulsar isə 1,6 milyard Tesla maqnit sahəsi ilə bu rekordu üstələyib.

Müqayisə üçün qeyd edək ki, adi soyuducu maqnitinin maqnit sahəsinin induksiya vahidi təxminən 0,001 Tesladır. Daha güclü MRT maşınları təxminən 3 Teslaya çatır.

Qeyd edək ki, bir neçə il əvvəl mühəndislər eksperimentlərində 1200 Tesla maqnit sahəsi ala biliblər, lakin onlar bu sahəni 100 mikrosaniyədən çox olmayaraq saxlaya bilmədilər. Sözsüz ki, 1,6 milyard Tesla maqnit sahəsi yalnız çox kiçik  həcmə kimi  sıxılmış və elektronları nəfəs kəsən sürətlərə qədər sürətlənə biləcək massiv obyektlərdə yaranır.

Swift J0243.6+6124 kimi pulsarların maqnit xassələrinin öyrənilməsi bu neytron ulduzların çox kompakt qabığının təbiətini izah edən müxtəlif modellərindən hansının doğru və ya yanlış olduğunu  müəyyənləşdirməyə kömək edir. Xüsusilə, Swift J0243.6+6124 təbiəti pulsarın maqnit sahəsinin çoxlu qütblərdən ibarət mürəkkəb quruluşa malik olması ehtimalını təsdiqləyir.
science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap