AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

FRTEB-in elmi müəssisələrində keçirilən attestasiyanın nəticələri müzakirə olunub

27.07.2022 /

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev FRTEB-in Ümumi yığıncağının onlayn iclasında son dövrlərdə AMEA-da aparılan islahatlar çərçivəsində FRTEB-in elmi müəssisələrində çalışan əməkdaşların attestasiyasının nəticələrindən bəhs edib.  

Akademik bildirib ki, attestasiyanın keçirilməsində əsas məqsəd əməkdaşların peşəkarlıq səviyyəsinin monitorinqi, onların tutduğu vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi, elmi məhsuldarlığının və səmərəliliyinin yoxlanılmasıdır.

AMEA-nın elmi-texniki potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi məsələsinə toxunan alim Akademiyanın müəssisə və təşkilatlarında fəaliyyət göstərən yüksəkixtisaslı kadrların fəaliyyətinin qiymətləndirilməsi, beynəlxalq elmi bazalarda məqalələr dərc etdirən alimlərin əməyinin stimullaşdırılması, prioritet istiqamətlər üzrə aparılan tədqiqatlara dəstək göstərilməsinin əhəmiyyətindən danışıb.

“Əməkhaqlarında ciddi fərq olduğu üçün çox sayda elmlər və fəlsəfə doktorları öz fəaliyyətini digər qurumlarda davam etdirirlər”, - deyən Rasim Əliquliyev əlavə edib ki, bu vəziyyətin yaranma səbəbləri dərindən araşdırılmalı, təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Elmin maliyyələşdirilməsində yeni mexanizmlərin formalaşdırılması zərurətini diqqətə çatdıran akademik Rasim Əliquliyev elmi problem yönümlü ünvanlı maliyyələşməyə keçidin vacibliyini qeyd edib.

Gənc, istedadlı kadrların elmə cəlb edilməsinin, müasir dövrün çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadrların hazırlanmasının AMEA-nın qarşısında duran əsas hədəflərdən olduğunu söyləyən vitse-prezident gənclərin müxtəlif dövlət proqramlarında iştirakının təmin edilməsi, onların xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almaları, o cümlədən öz bilik və bacarıqlarını reallaşdırmaları üçün lazımi şəraitin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda akademik Rasim Əliquliyev FRTEB-in elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən əməkdaşların attestasiyasının nəticələrini diqqətə çatdırıb. Alim bu prosesin cari ilin sonuna kimi davam edəcəyini söyləyib, attestasiyanın şəffaf keçirilməsinin AMEA-nın gələcək inkişafı və fəaliyyətinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap