AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər 12 milyard il yaşa sahib qaranlıq materiya aşkar ediblər

03.08.2022 /

Yapon alimlər yeni tədqiqat çərçivəsində kainatda ən geniş yayılmış maddə olan sirli qaranlıq materiyanı aşkar ediblər. Aşkar edilmiş qaranlıq materiya Böyük partlayışdan artıq 1.8 milyard il sonra mövcud olmuş qalaktikalar klasterini (qalaktikalar toplusu) əhatə edir. Yəni söhbət, 12 milyard il yaşa sahib qaranlıq materiyadan gedir. Alimlər belə qənaətə gəliblər ki, erkən kainatdakı qaranlıq materiya müasir kosmoloji modellərin güman etdikləri kimi fəzada sıx sahələr şəklində cəmləşməyib. Əgər bu fərziyyə öz təsdiqini tapsa, bu kəşf qalaktikaların təkamülləri barəsində anlayışı tamamilə dəyişə bilər. Alimlər həmçinin güman edirlər ki, kosmosu idarə edən qanunlar 12 milyard il bundan öncə tamamilə fərqli olublar. Qeyd etmək lazımdır ki, qaranlıq materiyanı aşkar etmək çox qəliz məsələdir. O, adi materiya kimi heç bir maddə və ya işıq ilə qarşılıqlı təsirdə olmur. Qaranlıq materiyanı “görmək” üçün alimlər onun qravitasiya ilə qarşılıqlı əlaqəsinə ümid etməlidirlər.

Albert Eynşteyn-in Nisbilik nəzəriyyəsinə əsasən böyük kütləli obyektlər fəza-zaman təhrifini yaradırlar. Bu cür böyük obyektlərə misal olaraq nəhəng qalaktikaları və qalaktik klasterləri gətirmək olar.

Bu kosmik obyektləri uzaq məsafədə yerləşən işıq mənbəyini müşahidə etmək üçün böyüdücü linza kimi istifadə etmək olar. Bu proses qravitasiya linzası adlanır. Qalaktikadakı qaranlıq materiyanın paylanmasını müşahidə etmək üçün alimlər linza rolunda çıxış edən qalaktikanın arxasında yerləşən işığın necə dəyişdiyini izləyə bilərlər. Linza rolunda çıxış edən qalaktikanın tərkibində nə qədər çox qaranlıq materiya olarsa, o, işığı bir o qədər çox təhrif edəcək. Lakin erkən və müvafiq olaraq çox uzaqda yerləşən qalaktikalar həddindən artıq aşağı səviyyəli parlaqlığa sahibdirlər. Buna görə də alimlər onların qravitasiya linzası üsulu vasitəsilə müşahidədə çətinlik çəkirlər. Buna baxmayaraq aparılmış yeni tədqiqat çərçivəsində alimlər kainatın ən qədim işıq mənbəyindən istifadə ediblər. Söhbət, kosmik mikrodalğa arxa fon şüalanmasından gedir.

Bu şüalanma Böyük partlayışdan sonra qalıb və hələ də kainatda öz səyahətinə davam edir. Uzaqda yerləşən qalaktikaların işıqları kimi kosmik mikrodalğa arxa fon şüalanması da linza rolunda çıxış edən qalaktikalar tərəfindən təhrif olunur. “Biz, 12 milyard il yaşa sahib olan qalaktikalardakı qaranlıq materiyanı ölçmək üçün kainatın erkən tarixinə nəzər yetirə bildik” - deyə yapon alimlərdən biri qeyd edib. Alimlər güman edirlər ki, 12 milyard il bundan öncə təzə-təzə formalaşmağa başlamış qalaktikalar klasteri daha çoxlu miqdarda qaranlıq materiya ilə qravitasiya əlaqəsində olub. Yapon alimlər güman edirlər ki, erkən kainatda qaranlıq materiya kosmosda sıx sahələr yaratmayıb. “Əgər bizim fərziyyəmiz həqiqətə uyğundursa, ola bilsin ki, qaranlıq materiyanın təbiəti ilə bağlı olan müasir nəzəriyyələrə yenidən nəzər yetirmək lazım gələcək. Bu bizim kainat barəsində olan təsəvvürlərimizi dəyişə bilər” - deyə alimlər qeyd ediblər.

 

technote.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap