AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

James Webb teleskopu kainatın ən qədim qalaktikası statusunu əldə edə biləcək yeni namizəd kəşf edib

08.08.2022 /

 Alimlər iyul ayının birinci yarısında öz elmi fəaliyyətinə start vermiş James Webb teleskopundan gələn məlumatları araşdırmağa davam edirlər. Hələ ekspert qiymətləndirməsindən keçməmiş yeni məqalədə alimlər iddia ediblər ki, James Webb teleskopu kainatın ən qədim və ən uzaq məsafədə yerləşən qalaktikasını kəşf edə bilib. Məlumata əsasən kəşf edilmiş yeni qalaktika Böyük partlayışdan artıq 250 milyon il sonra mövcud olub. Hələ bir neçə müddət bundan öncə James Webb kosmik teleskopu kainatın ən qədim qalaktikası statusuna namizəd ola biləcək yeni qalaktika kəşf etmişdi. Söhbət, GN-z13 adlı qalaktikadan gedir. Təbii ki, GN-z13-ün ən qədim qalaktika olduğu barəsində iddia da hələ ki, rəsmi ekspert qiyməltəndirməsindən keçməyib. Buna görə də kainatın ən qədim və ən uzaq məsafədə yerləşən qalaktikası hələ ki, GN-z11 adlı qalaktika hesab edilir.

Lakin əgər alimlərin yeni iddiaları təsdiqlənsələr, bu o deməkdr ki, yeni qalaktika GN-z11-dən 50 milyon il yaş daha böyükdür. James Webb tərəfindən əldə edilmiş məlumatların analizləri zamanı alimlər daha öncə məlum olmamış 44 yeni qalaktikanı kəşf ediblər. Onların arasında CEERS-93316 adlı qalaktika digərlərindən fərqlənir. Belə ki, sözügedən qalaktika Böyük partlayışdan artıq 250 milyon il sonra mövcud olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə kəşf edilmiş GN-z13 adlı qalaktika isə Böyük partlayışdan artıq 300 milyon il sonra mövcud olub. CEERS-93316 adlı qalaktika kainatın ən qədim və uzaq məsafədə yerləşən qalaktika statusuna hələ ki, sadəcə bir namizəddir. Alimlər öz məqalələrində iddia edirlər ki, sözügedən kosmik obyekt ulduz və ya aktiv qalaktika nüvəsi yox, məhz qalaktikadır.

Alimlərin sözlərinə əsasən James Webb kosmik teleskopu ilk qalaktikaların formalaşdıqları zamana nəzər yetirməyə imkan verir. Onlar həmçinin qeyd ediblər ki, yeni nəsil teleskopun əldə etdiyi məlumatlar artıq onu sübut edirlər ki, erkən kainatda düşünüldüyündən daha çox qalaktika mövcud olub. Alimlər düşünürlər ki, əgər CEERS-93316 adlı qalaktika kainatın ən qədim və ən uzaq məsafədə yerləşən qalaktika statusunu əldə etsə də, o bu statusu uzun müddət ərzində özündə saxlaya bilməyəcək. Çox güman ki, James Webb teleskopu kainatın ən qədim və ən uzaq məsafədə yerləşən qalaktikası statusuna namizəd ola biləcək yeni kosmik obyekt kəşf edə biləcək. Bunun isə çox yaxın zamanda baş verəcəyi gözlənilir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap