AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Azərbaycan elminə ağır itki üz verib

11.08.2022 /

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Əlinazim oğlu Mahmudzadə 87 yaşında dünyasını dəyişib. 

Ramin Mahmudzadə 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1958-1961-ci illərdə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirib. Çoxşaxəli əmək fəaliyyəti olan alim 1961-ci ildən 1968-ci ilədək BDU-nun Mexanika-riyaziyyat fakültəsində laborant  işləyib. 

1968-1973-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. 1973-cü ildə BDU-da fəaliyyətini davam etdirib, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs deyib. Baş müəllim, dosent, kafedra müdiri vəzifəsində işləyib.

Görkəmli alim Ramin Mahmudzadə uzun illər pedaqoji və ictimai fəaliyyət göstərib. Azərbaycanda proqramçıların yetiməsində müstəsna rolu olan R.Mahmudzadə informatikanın inkişafına əhəmiyyətli töhfələr verib, bu fənn üzrə olimpiada hərəkatının əsasını qoyub. O, respublika üzrə məktəblərarası informatika olimpiadalarının komissiya sədri, 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri kimi çalışıb. Ramin Mahmudzadə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış alim, dəyərli müəllim, səmimi və qayğıkeş insan Ramin Əlinazim oğlu Mahmudzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. 

Allah rəhmət etsin!

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap