Rusiyada “omikron”a qarşı peyvənd hazırlanıb
15.08.2022 /Rusiyanın Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin alimləri “omikron” ştamı ilə mübarizə üçün peyvənd hazırlayıblar.
Bu barədə “İzvestiya” qəzetinə müsahibəsində mərkəzin direktoru Aleksandr Gintsburq bildirib.
O, qeyd edib ki, yeni peyvənd orqanizmi yeni mutasiyalardan daha effektiv qorunmağa imkan verəcək.