AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kainatda bilinən ən ağır ulduzun fotosu çəkilib

22.08.2022 /

Alimlər Çilidə yerləşən Gemini adlı rəsədxananın teleskopları vasitəsilə kainatda bilinən ən ağır ulduzun fotosunu əldə ediblər. R136a1 adını əldə etmiş bu ulduz Yer kürəsindən təqribi 165 000 işıq iliuzaqlığında yerləşən R136 adlı ulduz klasterindədir(ulduzlardan ibarət qruplaşma). Güman olunur ki, bu ulduz ən ağır ulduz olmaqla yanaşı həmçinin ən parlaq olanıdır. Bununla belə aparılmış yeni tədqiqat onu göstərib ki, R136a1 adlı ulduzun kütləsi və parlaqlığı barəsində daha öncə əldə edilmiş göstəricilər bir qədər şişirdilib. Buna baxmayaraq o hələ də kainatın bilinən ən ağır kütləli ulduzu olaraq qalır. Süd Yolu qalaktikasının peyki rolunda çıxış edən Böyük Magellan Buludu qalaktikasında yerləşən R136a1 ulduzu ilk dəfə 2010-cu ildə Hubble teleskopu vasitəsilə kəşf edilmişdi.
Bu cür yüksək kütləli və böyük ölçülü ulduzların detallı fotolarını çəkmək çox qəliz məsələdir. Məsələ burasındadır ki, bu cür ulduzlar adətən ulduz klasterindəki digər çoxlu sayda ulduzun əhatəsində mövcud olurlar. Həmin ulduzlar isə öz növbələrində çoxlu miqdarda kosmik toz ilə əhatə olunurlar. R136a1 kimi ulduzların detallı fotolarının çəkilməsini çətinləşdirən daha bir faktor da ondan ibarətdir ki, onların həyat dövrləri çox qısa olur. R136a1 kimi ulduzlar yüksək kütlə ilə parlaqlıqdan əlavə olaraq həmçinin böyük ölçüyə sahib olurlar. Buna görə də bu cür ulduzlar çox az müddət ərzində mövcud olurlar və əasən cavan vaxtda ölürlər. Bu isə o deməkdir ki, bu cür ulduzlar təqribi olaraq bir neçə milyon il ərzində mövcud olurlar. Müqayisə üçün qeyd etmək lazımdır ki, bizim Günəşin təqribi olaraq 4.6 milyrd il yaşı var.
Gemini rəsədxanasının astronomları teleskoplardan birinin imkanlarını genişləndiriblər və nəticədə həmin teleskop R136a1 adlı ulduzun ən detallı fotosunu çəkə bilib. 2010-cu ildə R136a1 kəşf olunandan sonra alimlər güman etmişdilər ki, sözügedən ulduzun kütləsi bizim Günəşin kütləsindən 250-320 dəfəyüksəkdir. Lakin aparılmış yeni tədqiqat onu göstərib ki, R136a1-in kütləsi bizim Günəşin kütləsindən əslində 170- 230 dəfə yüksəkdir. Buna baxmayaraq R136a1 kainatın bilinən ən ağır ulduzu statusunu hələ də qoruyub saxlayır. Bundan əlavə olaraq alimlər öyrəniblər ki, bu ulduzun səthində olan temperatur Günəşin səthində olan temperaturdan 8 dəfəyüksəkdir. Yəni R136a1-in səthindəki temperatur göstəricisi 44 000 dərəcə Selsi təşkil edir. Ulduzun ölçüsünə gəldikdə isə onun radiusu Günəşin radiusundan 40 dəfə böyükdür. Yəni R136a1-in radiusu 28 milyon km təşkil edir.
technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap