AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

James Webb teleskopunun yeni məlumatları alimlərdə erkən qalaktikalar barəsində çoxlu suallar yaradıblar

05.09.2022 /

Artıq çoxlu miqdarda fotolar və yeni məlumatlar göndərmiş James Webb teleskopu alimləri erkən kainatın əvvəllər düşünüldüyü kimi görünməməsi üzrə düşündürməyə məcbur edib. Son 2 ay ərəzində James Webb teleskopu alimlərə kainatın ən uzaq və erkən sahələrinə nəzər yetirməyə imkan verib. Lakin teleskop vasitəsilə əldə edilmiş bəzi məlumatlar yeni cavabların əldə edilməsi əvəzinə daha çox sualın yaranmasına səbəb olub. Keçən ilin sonunda kosmosa göndərilmiş James Webb teleskopu ən uzaq qalaktikaların fotolarınə çəkir. Həmin qalaktikalar həddindən artıq zəif parlaqlığa sahibdirlər. Buna görə də digər teleskoplar onları görməkdə çətinlik çəkirlər. Sözügedən qalaktikalar kainatın yaranmasından sonrakı ilk milyard il ərzində formalaşıblar. Onların müşahidəsi isə yeni nəsil teleskopun əsas tapşırıqlarından biridir. Uzun müddət ərzində astronomlar düşünürdülər ki, erkən qalaktikalar kiçik ölçüyə sahibdirlər və onlar deformasiyaya məruz qalmış obyektlərdir.

Lakin James Webb-in əldə etdiyi fotolar onu göstərib ki, bu qalaktikalar nəhəng ölçüyə, böyük kütləyə və düzgün forma ilə struktura sahibdirlər. Bu cür kəşf kainatın öz mövcudluğunun ilk mərhələlərində necə inkişaf etdiyi barəsində təsəvvürləri tamamilə dəyişə bilər.

Kaliforniya Dövlət Universitetinin alimi Garth Illingworth-un sözlərinə əsasən kompüter modelləşdirmələri bu cür qalaktikaların mövcud olduqlarnı göstərməyib və heç kim onların belə vəziyyətdə olduqlarını güman etməyib. “Onlar kainatın ən erkən zamanında necə bu cür formalaşa biliblər? Bu cür qalaktikalarda çoxlu sayda ulduz necə yaranıb?” - deyə Garth Illingworth qeyd edib. Bununla belə alimlərin sözlərinə əsasən James Webb vasitəsilə əldə edilmiş fotolar hal hazırda böyük təəccüb yaratsalar da müəyyən müddətdən sonra bütün bu sualların məntiqi cavabları hər şeyi aydınlaşdıra bilər. Alimlər düşünürdülər ki, erkən kainatdakı qalaktikalar düzgün formaya sahib deyillər. Bunun əsas səbəblərindən biri də ondadır ki, kainatın erkən zamanlarına nəzər yetirməyə çalışmış Hubble teleskopu James Webb kimi güclü elmi təchizata sahib olmayıb.

Buna görə də alimlər James Webb tərəfindən əldə edilmiş məlumatlardan daha əvvəlkilərinə nəzər yetirməyə məcbur olublar. Bundan əlavə olaraq alimlər Hubble tərəfindən əldə edilmiş məlumatlar əsasında güman edirdilər ki, erkən qalaktikalar kainatda xaotik şəkildə yerləşirlər. Lakin James Webb tərəfindən əldə edilmiş məlumatlar əsasında məlum olub ki, həmin qalaktikalar kosmosda daha strukturlu şəkildə yerləşirlər. James Webb-in aşkar etmiş olduğu nəhəng və yüksək kütləli erkən qalaktikalara gəldikdə isə alimlər artıq onların mövcudluqlarına dair ilk fərziyyələrə sahibdirlər. Ən sadə açıqlamalardan biri ondan ibarətdir ki, həmin qalaktikalardan bəziləri hesablamalardakı səhvlər səbəbilə o qədər də qədim və uzaq qalaktikalar deyillər. Bu məsələ ilə bağlı araşdırmalar davam edir və alimlər yaxın zamanda düzgün cavabın əldə edilməsinə ümid bəsləyirlər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap