AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Marsda suyun təsirinə məruz qalmış dağ süxurları tapılıb

05.09.2022 /

Artıq il yarımdır ki, Perseverane aparatı Mars səthindəki Jezero kraterinin müşahidəsi ilə məşğuldur. Son zamanlar sözügedən aparatın diqqəti bir vaxtlar bu kraterdə mövcud olmuş çay deltasına yönəlib. Alimlər öz yeni məqalələrində Perseverance aparatının Mars səthində qədim həyat növünün axtarışı üzrə aparılan işlərin ilk hesabatlarını təqdim ediblər. Onların fikirlərinə əsasən Mars planetində nə vaxtsa həyatın mövcud olub-olmaması sualının cavabı dağ süxurları nümunələrində gizlənib. Qeyd etmək lazımdır ki, Perseverance aparatı artıq həmin dağ süxurlarının müəyyən nümunələrini əldə edib. Məlumatda qeyd edilib ki, dağ süxurları suyun təsiri altında kimyəvi dəyişikliklərə məruz qalıblar. Perseverance aparatı Jezero kraterindən hələ ki, 12 ədəd nümunə əldə edib.

Alimlərin fikirlərinə əsasən milyardlarla il bundan öncə Jezero kraterində göl mövcud olub. Buna görə də alimlər güman edirlər ki, sözügedən kraterdən əldə edilmiş dağ süxuru nümunələri Marsda nə vaxtsa həyat növünün mövcud olub-olmadığı sualına dəqiq cavab verməyə yardımçı olacaqlar.

Alimlər bu suala dəqiq cavabı 2033-cü ildə əldə edə biləcəklər. Belə ki, Perseverance tərəfindən əldə edilmiş nümunələr məhz həmin ildə Yer kürəsinə çatdırılacaq. Dağ süxuru nümunələrininin Yer kürəsinə çatdırılması missiyası NASA və Avropa Kosmik Agentliyi ilə birlikdə reallaşdırılacaq və həmin missiya Mars Sample Return adını əldə edəcək. Plana əsasən nümunələrin Yer kürəsinə çatdırılması üçün nəzərdə tutulmuş kosmik aparatlar Marsa 2027-ci ildə göndəriləcək. Florida Dövlət Universitetinin mütəxəssisi Amy Williams-ın sözlərinə əsasən aparat tərəfindən yığılmış dağ süxuru nümunələri vaxtı ikən suyun təsirinə məruz qalıb və nəticədə onlarda karbonatlar, dəmir oksidləri və duzlar əmələ gəlib.

Bu cür kimyəvi tərkib Marsda potensial olaraq mövcud olmuş mikroorqanizmlər tərəfindən həyatın dəstəklənməsində istifadə edilmiş ola bilər.

Perseverance tərəfindən əldə edilmiş məlumatlar onu göstərir ki, Jezero kraterinin dibi alimlərin düşündüklərindən daha çox eroziyaya məruz qalıb. Belə ki, onun dibi təkcə çöküntü süxurlar ilə deyil, həmçinin vulkanik süxurlar ilə də zəngindir. Amy Williams-ın sözlərinə əsasən suyun təsiri ilə dəyişmmiş minerallar və süxurlar özlərində Marsdakı qədim mikrob həyatın izlərini gizlətmiş ola bilərlər. Bəlkə də Marsda hələ də mikrob həyat növü mövcuddur. Belə ki, Yer kürəsində eyni şəraitlər altında mövcud olan mikroblar var. “Marsda suya gəldikdə isə biz düşünürük ki, o, qırmızı planetdə təqribi olaraq 3.8-3.5 milyard il bundan öncə mövcud olub və planetin səthində bir neçə on milyon il ərzində qalıb” - deyə Amy Williams qeyd edib. Alimin sözlərinə əsasən Jezero kraterindən olan dağ süxuru nümunələrinin Yer kürəsində analizi Marsda suyun nə zaman yoxa çıxdığı barəsində suala cavabın verilməsinə yardımçı olacaq.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap