AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Tarixdə ilk dəfə süni zəka şirkət rəhbəri vəzifəsinə təyin olunub

07.09.2022 /

Çinin mobil oyunlar hazırlayan Fujian NetDragon Websoft adlı şirkətinə süni zəka rəhbərlik etməyə başlayıb. Tang Yu adlı süni zəka sistemi şirkətin general direktoru seçilib. Süni zəka sisteminin köməyi ilə şirkət mümkün ola biləcək bütün biznes risklərini ölçmək niyyətindədir. Beləliklə Tang Yu adlı süni zəka şirkətin gündəlik fəaliyyəti üzrə məsələlərin həll edilməsi öhdəliyini öz üzərinə götürəcək. Bundan əlavə olaraq sözügedən süni zəka real zaman ərzində məlumatların emal edilməsində və şirkətin direktorlar şurası üçün analitikanın tərtib edilməsində istifadə ediləcək.

Şirkət ümumilikdə süni zəkadan şirkət personalının və menecmentinin inkişafına töhfə verilməsini gözləyir. Şirkət əməkdaşları ümid edirlər ki, qərəzsiz süni zəka sistemi bütün işçilər üçün bərabər iş şərtlərinin yaradılmasında yardımçı olacaq. Qeyd etmək lazımdır ki, Tang Yu öz vəzifəsinin öhdəliklərini 26 avqust tarixindən yerinə yetirməyə başlayıb. “Biz inanırıq ki, süni zəka korporativ idarəetmənin gələcəyidir və Tang Yu-nun bu vəzifəyə təyin edilməsi bizim, biznesin idarəsi üsullarının dəyişməsində və nəticədə gələcək strateji yüksəlişin təmin edilməsində süni zəkadan necə tam şəkildə istifadə etdiyimizin bariz nümunəsidir” - deyə Fujian NetDragon Websoft şirkətinin təsisçisi qeyd edib.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap