AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Rəyasət Heyətində olub

07.09.2022 /

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və “Həyat sözü” Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandakı xristian dini məbədləri, polyak mirası və icması ilə tanışlıq məqsədilə 7-14 sentyabr 2022-ci il tarixlərində ölkəmizdə səfərdədir.

Nümayəndə heyəti sentyabrın 7-də AMEA Rəyasət Heyətində olub.

Görüşdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, eləcə də Polşa-Azərbaycan ədəbi əlaqələrini tədqiq edən azərbaycanlı alimlər iştirak ediblər.

Əsas məqsəd AMEA Rəyasət Heyətinin inzibati binası ilə tanışlıq və Azərbaycan-Polşa münasibətlərini, elmi əlaqələrini araşdıran alimlərlə görüşün keçirilməsi olub.

Qonaqları müşayiət edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə bütün sahələrin inkişafına nail olunduğunu diqqətə çatdırıb. O, Azərbaycanın dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri qurduğunu deyərək Polşa Respublikasının da bu ölkələr arasında yer aldığını, əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Azərbaycan-Polşa ədəbi əlaqələrinin zəngin tarixi olduğunu söyləyən vitse-prezident Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində Polşa ədəbiyyatının dərindən tədqiq edildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli Azərbaycanda ilk dəfə səfərdə olan nümayəndə heyətini Rəyasət Heyətinin inzibati binası ilə yaxından tanış edib, binanın inşa olunma tarixi haqqında ətraflı məlumat verib. Alim vaxtilə İsmailiyyə sarayı adlandırılan bu binanın əsasının tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulduğunu və binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirdiyini qonaqların nəzərinə çatdırıb. Bildirib ki, Müsəlman Xeyriyyə Cəmiyyəti üçün nəzərdə tutulmuş binanın layihəsini polyak memarı, mülki mühəndis İosif Ploşko hazırlayıb.

Vitse-prezident sentyabrın ortalarında Varşavada keçiriləcək beynəlxalq konfransda 15 nəfər azərbaycanlı alimin ölkəmizi təmsil edəcəyini də diqqətə çatdırıb. O, konfrans çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, professor Gülər Abdullabəyovanın “XIX əsr polyak ədəbiyyatında Azərbaycan mövzu və insperasiyaları” adlı kitabının təqdimatının keçiriləcəyini bildirib. Alim, həmçinin Polşanın Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdində Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətə başlamasını Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişafına böyük töhfə kimi qiymətləndirib.

Sonda akademik İsa Həbibbəyli “Salam Azərbaycan”, “Qədim qalanın yuxuları”, “Azərbaycan qayaları” və “Bakı simfoniyası” kitablarını qonaqlara hədiyyə edib.

Nümayəndə heyəti səmimi qəbula görə AMEA rəhbərliyinə təşəkkür edib. 

Qeyd edək ki, Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Varşava Oçota rayonunun pastoru Fr. Przemislav Çvek və Varşava Baş Yeparxiyasının Uşaq və Gənclərin Müdafiəsi üzrə Yepiskop Nümayəndəsinin müavini və Varşava Böyükşəhər Məhkəməsində nigah məsələləri üzrə müdafiəçi Fr. Dr. Mixal Turkovski və başqaları daxildir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap