AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

James Webb teleskopu Tarantul adlı kosmik dumanlığın fotolarını çəkib

09.09.2022 /

James Webb teleskopu vasitəsilə Tarantul dumanlığının fotosu əldə edilib. Sözügedən kosmik dumanlığın Tarantul adını əldə etməsinin əsas səbəbi ondadır ki, o, görünüşcə bu zəhərli hörümçək növünün yuvasını xartırladır. Kosmosun bu sahəsi ulduzların yaranması üzrə ixtisaslaşan astronavtların son zamanlar müşahidələrini aparmağı sevdikləri sahədir. James Webb teleskopu vasitəsilə daha uzaq məsafədə yerləşən qalaktikaların fotolarını və Tarantul dumanlığının qaz və toz tərkibi barəsində məlumatları əldə etmək mümkün olub. Tarantul dumanlığı Yer kürəsindən 161 000 işıq ili uzaqlığında Böyük Magellan Buludu adlı qalaktikada yerləşir. Sözügedən dumanlıq Süd Yolu qalaktikasına yaxın olan qalaktikalar qrupu arasında ulduzların yarandıqları ən parlaq sahədir.

Yeni nəsil teleskopda olan yaxın infraqırmızı spektoqraf vasitəsilə kosmik tozdan yaranmış yeni ulduzun fotosunu çəkmək mümkün olub. Orta infraqırmızı diapazonda isə Tarantul dumanlığı bir qədər fərqli görünür. Belə ki, yüksək temperatura sahib ulduzlar daha aşağı parlaqlıq, soyuq olan toz ilə qaz isə daha yüksək parlaqlıq sərgiləyirlər. Tarantul dumanlığının kimyəvi tərkibi kainatın hələ bir neçə milyard il yaşı olan zaman ulduzların yaranmalarına şərait yaratmış nəhəng kosmik sahələrin kimyəvi tərkibləri ilə eynidir.

Günümüzdə Tarantul dumanlığından fərqli olaraq Süd Yolu qalaktikasında yeni ulduzların yaranması aşağı intensivliklə baş verir. Başqa sözlə desək, Tarantul dumanlığı bizə yeni ulduzların yaranmalarına şərait yaradan ən yaxın kosmik sahədir və bu sahə kainatın bir neçə milyard yaşı olan zaman cərəyan etmiş prosesləri təkrarlayır. Ulduzların yaranma prosesi hələ də çoxlu sayda sirri özündə birləşdirir. İndiyənə kimi bizlərin bu cür kosmik dumanlıqlarda nələrin gizləndikləri üzrə detallı fotolar əldə edə bilməməsi səbəbilə həmin sirlərdən çoxu müəmmalı olaraq qalıb. Mövcud olan sirlərin cavablarının tapılmasında isə James Webb teleskopu yardımçı olmalıdır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap