AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Hackerlər James Webb-in ilk fotosu vasitəsilə kiberhücumlar reallaşdırırlar

12.09.2022 /

Son bir neçə ay ərzində insanlar James Webb teleskopu vasitəsilə çəkilmiş fotolardan heyrətlənirlər. Lakin hackerlər də bu cür vəziyyətdən istifadə etmək qərarına gəliblər. Belə ki, onlar James Webb-in çəkmiş olduğu ilk kosmik fotodan istifadə edərək istifadəçilərin kompüterlərini uzaqdan hack edirlər. Sözügedən kiberhücum özündə Microsoft Office sənədini birləşdirən fişinq məktub vasitəsilə reallaşdırılır. Fişinq məktubdakı sənəddə olan metaməlumatlarda URL ünvan gizlədilib və həmin URL ünvan müəyyən Word əmrlərinin olduğu halda kompüterə xüsusi alqoritm yükləyir. Bu proses isə öz növbəsində James Webb-in First Deep Field adlı fotosunun zərərli koda sahib versiyasının yüklənməsinə şərait yaradır. Bu halda zərərli kod sertifikat kimi maskalanır.

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Securonix şirkəti öz hesabatında qeyd edib ki, onun heç bir antivirus tətbiqi fotonun daxilində GO#WEBBFUSCATOR adlı zərərli proqram təminatını aşkar edə bilməyib. Bunun əsas səbəbi isə Google şirkətinin Golang adlı proqramlaşdırma dilindən istifadədədir. Sözügedən proqramlaşdırma dili açıq mənbəli koda sahibdir və onun əsasında yazılmış hər hansısa proqram təminatı platformalar arası dəstəyə sahibdir. Buna görə də bu cür proqram təminatını analiz və rekonstruksiya etmək çox çətindir. Hackerlərin məhz James Webb-in çəkmiş olduğu fotolardan birindən istifadə etmələrinin əsas səbəbi ondadır ki, NASA tərəfindən təqdim edilmiş yüksək keyfiyyətli fotolar böyük fayl həcminə sahibdirlər. Buna görə də heç kim yaddaşda çox yer tutan fotodan şübhələnməyi ağlına gətirmir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap