AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Bu ayın sonunda Yupiter son 70 ildə ilk dəfə Yer kürəsinə maksimal yaxın məsafədə yerləşəcək

19.09.2022 /

NASA-nın verdiyi məlumata əsasən Yupiter planeti 26 sentyabr tarixində müxalif vəziyyətində olacaq və bu da öz növbəsində Günəş sisteminin ən böyük ölçülü bu planetini izləmək üçün əlverişli şərait yaradacaq. Qeyd etmək lazımdır ki, bu və ya digər kosmik obyektin müxalif vəziyyəti kosmik obyektin şərqdə yüksəlişi, Günəşin isə qərbdə enişi zamanı baş tutur. Nəticədə müşahidə edilən kosmik obyekt və Günəş Yer kürəsinin əks tərəflərində yerləşirlər. Yupiter planetinin müxalif vəziyyəti hər 13 aydan bir baş tutur.

Bunun sayəsində sözügedən planet ilin digər vaxtları ilə müqayisədə daha böyük və parlaq görünür. Lakin bu ayın sonunda Yupiter həmçinin son 70 ildə ilk dəfə Yer kürəsinə maksimal dərəcədə yaxın məsafədə yerləşəcək. Yupiterin bizim planetə maksimal dərəcədə yaxınlaşması onun müxalif vəziyyəti ilə çox nadir hallarda üst-üstə düşür. Bu isə o deməkdir ki, bu il Yupiterin daha gözəl görüntülərini aydın şəkildə görmək mümkün olacaq. Məlumatda qeyd edilib ki, 26 sentyabr tarixində Yupiter Yer kürəsindən 587 milyon km məsafədə yerləşəcək.

Müqayisə üçün qeyd etmək lazımdır ki, planetlərarası ən uzun məsafə 966 milyon km təşkil edir. Astronomlar bildiriblər ki, qeyd edilmiş tarixdə yaxşı keyfiyyətli binokl vasitəsilə Yupiterin zolaqlarını və 3 peykini görmək imkanı ola bilər. Həvəskar teleskopun istifadəsi ilə isə planetin səthindəki böyük qırmızı ləkəni görmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Yupiterin səthində olan böyük ölçülü məşhur qırmızı ləkə əslində Günəş sisteminin ən böyük atmosfer burulğanıdır. Sözügedən nəhəng qırmızı ləkə 1665-ci ildə kəşf edilib. Bu atmosfer burulğanının uzunluğu 40 000-50 000 km, eni isə 13 000-16 000 km təşkil edir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap