AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləyib

20.09.2022 /

SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube və Netflix-i əlçatan etdiyini bütün dünyaya sərgiləmək istəyir. Bunun üçün şirkət öz ilk müştərisinin təyyarəsində test uçuşunu reallaşdırıb. Qeyd etmək lazımdır ki, JSX adlı regional aviaşirkət SpaceX-in Starlink peyk internetinə qoşulmuş ilk müştərisidir. Test uçuşunda Bloomberg saytının və digər media agentliklərinin nümayəndələri iştirak ediblər. “Mən heyrətlənmiş vəziyyətdəyəm. Bu, mənim bütün gözləntilərimi geridə qoydu” - deyə JSX şirkətinin icraçı direktoru Alex Wilcox qeyd edib. Onun heyrətə gəlməsinin əsas səbəbi isə ondan ibarət olub ki, test uçuşu çərçivəsində təyyarə Kaliforniya səmasında olan zaman o, problemsiz şəkildə internetdən istifadə edə bilib və hətta Whatsapp üzərindən səsli zənglər də reallaşdırıb.

Təyyarə daxilində 10-larla insan mövcud olub və onların hamısı internet sürətinin və şəbəkə keyfiyyətinin testi ilə məşğul olublar. Təyyarə daxilində olmuş əlavə cihazlar isə internet sisteminin əlavə 20-30 nəfər vasitəsilə yüklənməsini imitasiya edirdilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, American Airlines şirkətinin Airbus təyyarəsi Viasat şirkətinin təchizatları vasitəsilə 100 nəfər sərnişini saniyədə 2.2 Mbit internet sürəti ilə təmin edir. Berbankdan San-Xoseyə olmuş qısa uçuş vasitəsilə Elon Musk bu biznesin bir hissəsinin minlərlə təyyarəyə xidmət göstərən Viasat və Intelsat kimi peyk provayderlərinin əllərindən alınması üzrə ilk cəhdini edib. “Starlink ciddi rəqib hesab edilirmi? Bəli. Lakin biz inanmırıq ki, kimsə bizə qalib gələ bilsin” - deyə Intelsat şirkətinin kommersiya aviasiyası üzrə prezidenti Jeff Sare qeyd edib.

Bununla belə SpaceX qeyd edib ki, bu cür pessimistik proqnozlar sistemin yüksək sürətlə inkişaf etmə faktını nəzərə almırlar. Starlink-in müsbət özəllikləri arasında siqnalın sürətlə ötürülməsi və siqnalı qəbul edən antenin ölçüsü var. Starlink-in yastı anteni pizza qutusu ölçüsündədir. O, ölçü baxımından digər peyk provayderlərinin istifadə etdikləri hərəkətli antenlərdən daha kiçikdir və bunun hesabına təyyarədə daha az yer tutur. Bu cür özəllik öz növbəsində JSX kimi regional təyyarlərdən istifadə edən aviaşirkətlər üçün böyük məna kəsb edir. “Anten heç şübhəsiz regional təyyarələrin göydə olduqları zaman onların internetlə təmin edilməsi üzrə kommersiya məqsədli müqavilələrin əldə olunması üçün vacib bir üstünlükdür. Aviaşirkətlər yaxın illərdə minlərlə təyyarədə köhnəlmiş və ləng internet sistemlərini təkmilləşdirməyi planlaşdırırlar və Starlink bu cür müqavilələrin əldə edilməsi yolunda əsas namizəddir” - deyə William Blair & Co. şirkətinin analitiki Louie DiPalma qeyd edib. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap