Dövlət qulluğu üzrə test imtahanını müvəffəqiyyətlə verən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb
21.09.2022 /Dövlət İmtahan Mərkəzinin (DİM) dövlət qulluğu vəzifələrinin B növünə aid inzibati icraçı vəzifələrin tutulması məqsədilə avqustun 21-də keçirdiyi test imtahanında uğur qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən bildirilib ki, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi göstərməklə Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.