AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

BDU-da kvant elmi və texnologiyasına dair beynəlxalq yay məktəbi təşkil olunacaq

21.09.2022 /

Sentyabrın 22-dən oktyabrın 2-dək Bakı Dövlət Universiteti (BDU) və “Volkswagen” Fondunun birgə təşkilatçılığı ilə “Kvant elminin və texnologiyasının müasir meyilləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda beynəlxalq yay məktəbi keçiriləcək.

Bu barədə BDU-dan məlumat verilib. Bir çox ölkələrdən magistrant, doktorant və gənc tədqiqatçıları üçün təşkil olunan yay məktəbində müvafiq sahə üzrə dünya miqyasında tanınmış alim və mütəxəssislərin – İman Əsgərbəyli (Ankara Universiteti, Türkiyə), Stephen Bartlett (Sidney Universiteti, Avstraliya), Karlo Beenakker (Leiden Universiteti, Hollandiya), Dagmar Bruss (Dusseldorf Universiteti, Almaniya), Giulio Kasati (Insubria Universiteti, İtaliya), Reinhold Egger (Dusseldorf Universiteti, Almaniya), Vladimir Falko (Milli Qrafen İnstitutu, Böyük Britaniya), Rosario Fazio (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Yuval Gefen (Weizmann İnstitutu, İsrail), Ali Gencer (Ankara Universiteti, Türkiyə), Elçin Cəfərov (Fizika İnstitutu, Azərbaycan), George Caparidze (İlya Dövlət Universiteti, Gürcüstan), Mixail Kiselev (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Boris Malomed (Təl-Əviv Universiteti, İsrail), Nazim Məmmədov (Fizika İnstitutu, Azərbaycan), Davron Matrasulov (Turin Politexnik Universiteti, Özbəkistan), Yasser Omar (Lissabon Universiteti, Portuqaliya), Feliks Von Oppen (Berlin Universiteti, Almaniya), Barri Sanders (Calgary Universiteti, Kanada), Diter Suter (Dortmund Texniki Universiteti, Almaniya) və digərlərinin məruzələri nəzərdə tutulub.

Yay məktəbinin məqsədi müasir kvant elminin qabaqcıl ideyalarını, yeni nəticələrini, mövcud problemlərini və inkişaf perspektivlərini, kvant texnologiyalarında mümkün tətbiqləri dinləyicilərə çatdırmaqdan ibarətdir. Oxunacaq mühazirələr kondensə olunmuş hal fizikasının əsasları və tətbiqi, aşağıölçülü materiallar və onların enerji çevrilmələrində tətbiqi, habelə Dirak yarımmetalları, Mayorana fermionları, topoloji izolyatorlar, yeni ifratkeçirici materiallar, kvant idarəetməsi və mühəndisliyi, kvant hesablamaları və modelləşdirilməsi, kvant rabitəsi və kriptoqrafiyası, kvant şəbəkələri və onların tətbiqi, kvant optikası və soyuq atomlar, kvant metrologiyası və zondlaması və digər müvafiq mövzuları əhatə edəcək.

Tədbir çərçivəsində, həmçinin BDU üçün xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirilməsi, eyni zamanda, beynəlxalq koordinasiya və əməkdaşlığın yüksək səviyyədə yeni müstəvidə genişləndirilməsi nəzərdə tutulur.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap