AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Saturnun peyki Enseladda həyat üçün münbit şərait mövcud ola bilər

22.09.2022 /

Yeni kompüter modelləşdirməsi onu göstərib ki, Saturn planetinin peyklərindən biri olan Enseladda həyat üçün lazım olan şərtlər mövcud ola bilər. Əvvəlki missiyalar çərçivəsində NASA-nın Cassini adlı kosmik aparatı Enseledda həyat növünün mövcud olması ilə bağlı heç bir izə rast gəlməmişdi. Bunun müəyyən olunması üçün Cassini Enseladın səthindən çıxan nəhəng geyzerlərin arasından keçmişdi. Həmin geyzerlər peykin səthindən birbaşa kosmosa ifraz olunur. Lakin Çinin Elm və Texnologiyalar Universitetinin planetoloqu Jihua Hao-nun fikrincə Cassini tərəfindən yığılmış məlumatlarda bu məsələnin həlli gizlənmiş ola bilər. Məlumdur ki, hüceyrələrin qurulması üçün lazım olan vacib materiallardan biri də fosfordur. Fosfor isə öz növbəsində DNT-nin və ATF-in əsas hissəsi hesab edilir.

Mütəxəssislər tərəfindən yaradılmış kompüter simulyasiyası onu göstərib ki, fosfor Enseladın suyuna planetin daş nüvəsindən düşür. Jihua Hao güman edir ki, su peykin məsaməli yerlərindən keçərək problemsiz şəkildə səthə geri qayıda bilər. Kompüter modelləşdirməsinə əsasən Enseladın daxilində olan okeanda fosfor miqdarının Yer kürəsindəki okeanlarda olan fosfor miqdarına çatması üçün sadəcə olaraq 100 000 il vaxt lazım olardı. “Bu dərəcədə fosfor miqdarı Enseladda həyat növünün dəstəklənməsi üçün kifayət edər” - deyə tədqiqat müəllifləri qeyd ediblər. Cassini missiyasının 5 il bundan öncə yekunlaşmasına baxmayaraq alimlər onun tərəfindən yığılmış məlumatları hələ də analiz edirlər. Jihua Hao-nun fikrincə əsas səhv ondadır ki, indiyənə kimi alimlər əldə edilmiş məlumatlarda yalnız ən çox yayılmış kimyəvi maddələrin axtarılması ilə məşğul olublar.

Fosforun Enseladda axtarış prosesi isə daha uzun çəkəcək. Fosfor kimi mikroelementləri aşkar edə biləcək analizlər davam edir. Lakin Jihua Hao-nun kompüter modelləşdirməsi alimlərə nəyi və harda axtarmaq lazım olduğu barəsində vacib ipucular verə bilər. Ümumiyyətlə fosfor planetlərdə və peyklərdə fərdi şəkildə çox nadir hallarda əmələ gəlir. Çox zaman o, oksigen molekulları ilə əlaqələndirilir və bu halda fosfat əmələ gəlir. Enseladda fosfor birləşmələri ilə digər elementlərin aşkar edilməsi Saturnun peykində həyat üçün münbit şəraitin olduğu ilə yanaşı orda potensial həyat növünün artıq inkişaf mərhələsində olduğuna işarə edə bilər. Lakin həyatın inkişaf etməsi üçün təkcə fosfor bəs etmir. Bu siyahıya həmçinin maye şəklində su, karbon, hidrogen, azot, kükürd və s. elementlər daxildir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap